...

"Apple" smartfonları üçün Azərbaycan klaviaturası hazırlanıb

Telekommunikasiya Materials 9 Oktyabr 2014 17:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanda iOS 8 əməliyat sisteminin idarəçiliyi altında işləyən qurğular üçün Azərbaycan dilini (AzKeyboard) dəstəkləyən klaviaturanın yeni versiyası hazırlanıb.

Trend-in məlumatına görə, əlavənin müəllifi proqramçı Amid Quliyevdir. Yeni klaviatura "Apple" smartfon və planşet kompüterlərində sınaqdan keçirilib.

Əlavəni aşağıdakı ünvan üzrə iTunes-də pulsuz yükləmək mümkündür: itunes.apple.com/us/app/azkeyboard/id927438721

Klaviaturanı aktivləşdirmək üçün tənzimləmələrdə AzKeyboard-u seçmək lazımdır. "AzKeyboard" nizamına ənənəvi yolla, yəni virtual klaviaturada Yer kürəsinin üslublaşdırılmış təsviri klavişinə basmaqla qoşulmaq mümkündür.

Klaviaturanın nizamından təkcə SMS və elektron ünvan üzrə məlumatların qəbulu zamanı deyil, həm də klaviaturadan daxil etməni dəstəkləyən digər əlavələrdə istifadə edləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti