...

Azərbaycanda mobil rabitə ucuzlaşır

Telekommunikasiya Materials 8 Dekabr 2014 17:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir Hüseyn Vəliyev/

Operatorlararası qoşulma tariflərinin tənzimlənməsi son istifadəçi üçün mobil rabitə xidmətlərinin xeyli ucuzlaşmasına yardım edir. Bu barədə Trend-ə "Azercell Telecom" şirkətinin prezidenti Kiril Qaburiç bildirib.

Söhbət qiyməti dövlət tərəfindən 0,02 manat həcmində müəyyənləşdirilən operatorlararası qoşulmadan (interkonnekt) gedir.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi daha əvvəl bərabər inkişaf şəraiti yaratmaq üçün operatorlararası qoşulmalara görə tariflərin unifikasiyası barədə operatorları xəbərdar etmişdi. Opetarorlar arasında belə qoşulmaya (danışığın başa çatan dəqiqəsinin qiyməti) görə tarif 0,05 manatdan 0,02 manatadək endirilib. Qoşulma tarifi bir operatorun digərinə şəbəkəsinə daxil olmayan abonentin 1 dəqiqə danışığına görə ödədiyi məbləği müəyyənləşdirir.

Onun sözlərinə görə, nazirlik bu məsələyə anlayışla yanaşır və məsələnin müsbət həllindən son istifadəçi yalnız udur.

K.Qaburiç qeyd edib: "Məlumdur ki, daxili şəbəkə zəngləri üzrə tariflər başqa operatorun şəbəkəsindən edilən zəng tariflərindən fərqlənir. Biz bu vəziyyəti dəyişə bilmərik. Çünki belə olan halda operatorun işi rentabelli olmayacaq. Biz tariflərimizin daha əlçatan olmasını istəyirik. Lakin bugünkü reallıqları nəzərə alaraq, bunu etmək mümkün deyil. Buna baxmayaraq, biz bu məsələnin həlli üçün əlimizdən gələni edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti