Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir Hüseyn Vəliyev/
Azərbaycanın mobil operatorlarına abonent nömrələrinin satışı üçün elektron xidmətin təşkili təklif olunub. Bu barədə Trend-ə telekommunikasiya bazarındakı mənbə məlumat verib.
Mənbə bildirib ki, operatorlara "Elektron hökumət" portalının köməyi ilə göstərilən əməliyyatın həyata keçirilməsi imkanını yoxlamaq təklif edilib.
Onun sözlərinə görə, operatorlara "Elektron hökumət" portalına inteqrasiyası mümkün ola biləcək mobil nömrələrin daşınması (MNP) üzrə elektron xidmətin təşkili imkanı da təklif olunub.