...

Belarusun rabitə və informatizasiya naziri Azərbaycana gələcək

Telekommunikasiya Materials 19 Mart 2015 16:28 (UTC +04:00)
Martın 30-dan aprelin 2-dək Belarusun rabitə və informatizasiya naziri Sergey Popkovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdə olacaq.
Belarusun rabitə və informatizasiya naziri Azərbaycana gələcək

Azərbaycan, Bakı, 19 mart /Trend/

Martın 30-dan aprelin 2-dək Belarusun rabitə və informatizasiya naziri Sergey Popkovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdə olacaq.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində S.Popkovun Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovla görüşü nəzərdə tutulur.

Hər iki ölkənin nümayəndə heyətlərinin iştirak edəcəyi ikitərəfli görüşdə rabitə və informasiya texnologiyaları sahəsində qarşılıqlı əməkdaşlıq məsələlərinin müzakirəsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti