...

Belarus və Azərbaycan peyk rabitəsi sahəsində əməkdaşlığın aspektlərini öyrənəcəklər

Telekommunikasiya Materials 1 Aprel 2015 20:17 (UTC +04:00)
Belarus və Azərbaycan peyk rabitəsi sahəsində əməkdaşlığın aspektlərini öyrənmək niyyətindədirlər.
Belarus və Azərbaycan peyk rabitəsi sahəsində əməkdaşlığın aspektlərini öyrənəcəklər

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir Hüseyn Vəliyev/

Belarus və Azərbaycan peyk rabitəsi sahəsində əməkdaşlığın aspektlərini öyrənmək niyyətindədirlər. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Belarusun rabitə və informasiyalaşdırma naziri Sergey Popkov deyib.

Onun sözlərinə görə, bu gün "Azərkosmos" ASC-nin rəhbərliyi ilə keçirilmiş görüşdə Azərbaycan və Belarusun bu ilin sonunda buraxılması planlaşdırılan peyklərinin resurslarından qarşılıqlı istifadə məsələlərinə baxılıb.

Nazir, eyni zamanda, ötən gün Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovla keçirdiyi danışıqların yekunu barədə danışıb: "Görüşdə iki ölkənin qarşılıqlı fəaliyyətinin müxtəlif aspektləri, o cümlədən birgə müəssisələrin yaradılması məsələsi, iki ölkənin texnoparkları və Elmlər akademiyalarının qarşılıqlı fəaliyyəti sahəsində əməkdaşlığı, Azərbaycan və Belarusda rabitə operatorlarının yaradılması müzakirə olunub.

S.Popkov əlavə edib ki, son illər sahələr üzrə olduqca ciddi nəticələr əldə olunub və dəfələrlə İKT üzrə forum keçirilib: "BakuTel-2015" sərgi-konfransı çərçivəsində İKT üzrə növbəti forumun keçirilməsi gözlənilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti