...

Belarus milli peykinin orbitə buraxılmasında Azərbaycanın təcrübəsindən yararlanacaq

Telekommunikasiya Materials 2 Aprel 2015 15:43 (UTC +04:00)
Belarusun rabitə və informasiyalaşdırma naziri Sergey Popkov və bu ölkənin ölkəmizdəki səfiri Nikolay Paskeviç “Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində olublar.
Belarus milli peykinin orbitə buraxılmasında Azərbaycanın təcrübəsindən yararlanacaq

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir Hüseyn Vəliyev/

Belarusun rabitə və informasiyalaşdırma naziri Sergey Popkov və bu ölkənin ölkəmizdəki səfiri Nikolay Paskeviç "Azərkosmos" ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində olublar.

Trend-in Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən verdiyi məlumata görə, səfər zamanı qonaqlara "Azərkosmos" ASC-nin fəaliyyəti, idarəçiliyində olan peyklərin istehsalı, orbitə çıxarılması və sığortalanması barədə geniş məlumat verilib.

Nazirə, həmçinin "Azerspace-1" peykinin idarə olunması, şirkətin fəaliyyətinin kommersiya aspektləri, müştəri xidmətləri və peyk üzərindən yayımlanan kanallar barədə məlumat verilib.

Binanın texniki infrastrukturu ilə tanış olan qonaqlar idarəetmə mərkəzini yüksək qiymətləndiriblər.

Görüş zamanı "Azərkosmos" və Belarusun peyk operatoru "Belİntersat" arasında əməkdaşlığın perspektivləri, 2016-cı ildə orbitə qaldırılacaq "Belİntersat-1" peykini idarə edəcək operatorun formalaşdırılmasında "Azərkosmos"un təcrübəsindən yararlanmaq imkanları müzakirə olunub. Dostluq və qarşılıqlı anlaşma mühitində keçən görüşün sonunda nazirə "Azerspace-1" peykinin modeli hədiyyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti