...

Azərbaycanda e-ticarət dövriyyəsinin həcmi il ərzində 2 dəfə artıb

Telekommunikasiya Materials 11 İyun 2015 15:40 (UTC +04:00)
2015-ci ilin yanvar-may aylarında Azərbaycanın pərakəndə ticarət subyektlərində istehlakçılara 9,5 milyard manatlıq və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,7 faiz çox əmtəə satılıb.
Azərbaycanda e-ticarət dövriyyəsinin həcmi il ərzində 2 dəfə artıb

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir Hüseyn Vəliyev/

2015-ci ilin yanvar-may aylarında Azərbaycanın pərakəndə ticarət subyektlərində istehlakçılara 9,5 milyard manatlıq və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,7 faiz çox əmtəə satılıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, satılmış istehlak mallarının 50,1 faizini ərzaq məhsulları, içkilər və tütün məmulatları, 49,9 faizini qeyri-ərzaq malları təşkil edib və qeyri-ərzaq mallarının xüsusi çəkisi 2014-cü ilin yanvar-may ayları ilə müqayisədə 1,2 faiz bəndi artıb.

Cari ilin ilk beş ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin yanvar-may aylarına nisbətən 1,9 dəfə artaraq 4,9 milyon manat təşkil edib. Əhali onlayn rejimində sifariş verdiyi istehlak mallarının 92,8 faizini hüquqi şəxslərin, 7,2 faizini fərdi sahibkarların elektron ticarət şəbəkəsindən alıb. Elektron ticarət dövriyyəsinin 96,5 faizini qeyri-ərzaq malları təşkil edib.

2015-ci ilin yanvar-may aylarında ictimai iaşə xidmətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,9 faiz artaraq 372,4 milyon manat olub. Hüquqi şəxslər üzrə iaşə xidmətlərinin həcmi 158,9 milyon manat, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarların subyektləri üzrə isə 213,5 milyon manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti