...

Su sayğacları üzrə smart-kartları internetdən yükləmək olar

Telekommunikasiya Materials 17 Sentyabr 2015 16:40 (UTC +04:00)
Azərbaycanda "E-Pul" elektron ödəniş sistemi "Azərsu" ASC-nin abonentləri üçün su sayğacları üzrə smart-kartların məsafədən yüklənməsi xidmətini işə salıb.
Su sayğacları üzrə smart-kartları internetdən yükləmək olar

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanda "E-Pul" elektron ödəniş sistemi "Azərsu" ASC-nin abonentləri üçün su sayğacları üzrə smart-kartların məsafədən yüklənməsi xidmətini işə salıb. Bunu Trend-ə şirkətdən deyiblər.

"Azərsu" ASC-nin smart-kartlarını e-pul.az portalının "Kommunal xidmətlər" bölməsində yükləmək olar. Smart-kartları yükləmək üçün kart oxuyuculardan istifadə etmək lazımdır. Qurğunun qiyməti 25 manatdır.

Smart-kartı yükləmək üçün portaldakı proqramı yükləmək tələb olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti