Bakı. Hüseyn Vəliyev - Trend:
Azərbaycanın bütün ərazisində daşınmaz əmlak haqqında elektron kadastr məlumat bazasının yaradılması üzrə işlər 2019-cu ilədək başa çatacaq.
Trend-in məlumatına görə, bunu jurnalistlərə Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov deyib.
Onun sözlərinə görə, artıq Bakı və Sumqayıtda daşınmaz əmlak haqqında elektron kadastr məlumat bazası artıq yaradılıb, 2016-cı ilin ortalarına bu işlər Gəncə və Şəkidə başa çatdırılacaq.