...

Lənkəranda "Nar" (FOTO)

Telekommunikasiya Materials 27 Noyabr 2015 17:26 (UTC +04:00)
“Nar” yeni konseptdəki növbəti Satış və Xidmət Mərkəzini cənub bölgəsində açdı.
Lənkəranda "Nar" (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Həzi Aslanov küçəsi 27 ünvanda açılmış yeni mərkəz Lənkəran şəhəri və ətraf ərazilərdə yaşayan müştərilərin rahatlığı və onlara göstərilən xidmət səviyyəsinin daha da yüksəldilməsi məqsədini daşıyır.

Özünün müştəri yönümlülük və davamlı təkmilləşmə dəyərlərinə sadiq qalan "Nar" bu dəfə də istifadəçilərin istəklərinə yönəlik bir sıra addımlar atdı.

Açılış zamanı mobil operatorun ən sərfəli tarif və kampaniyaları, o cümlədən yeni "Ailəm" paketi barədə geniş məlumat verildi. Xatırladaq ki, 4 nömrənin daxil olduğu "Ailəm" paketi Azərbaycanın mobil rabitə bazarında ilk dəfə olaraq 4 nəfərdən ibarət müxtəlif müştəri qrupları üçün pulsuz danışıq imkanı yaradır.

Hazırda ölkədə 4 "Nar" satış-xidmət mərkəzi və 25 "Nar dünyası" mağazası, eləcə də çoxlu sayda "Nar" diler dükanları fəaliyyət göstərir.

"Ailəm" paketi haqqında ətraflı məlumatı bizim internet səhifəmizdən əldə edə bilərsiniz: https://www.nar.az/az/pages/default/pageName=campaigns_catalog&id=1377/

Mağazaların ünvanı və xidmətlər haqqında ətraflı məlumatı buradan öyrənə bilərsiniz: https://www.nar.az/pages/default/pageName=about_us_nar_points/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti