...

Bakcell Xalq Bank pul köçürmə xidmətindən istifadə edən abunəçilərinə pulsuz danışıq dəqiqələri təklif edir

Telekommunikasiya Materials 30 Dekabr 2015 11:35 (UTC +04:00)
Bakcell Xalq Bank pul köçürmə sistemlərinin xidmətlərindən istifadə edən abunəçilərinə pulsuz danışıq dəqiqələri təklif edir
Bakcell Xalq Bank pul köçürmə xidmətindən istifadə edən abunəçilərinə pulsuz danışıq dəqiqələri təklif edir

Bakı. Trend:

Bakcell Xalq Bank pul köçürmə sistemlərinin xidmətlərindən istifadə edən abunəçilərinə pulsuz danışıq dəqiqələri təklif edir.

Şirkətdən Trend-ə verilən məlumata görə, Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Xalq Bank ilə birlikdə "Daha çox köçür, daha çox qazan!" adlı yeni kampaniyaya start verildiyini böyük məmnuniyyətlə elan edir.

Bu kampaniyanın məqsədi Xalq Bankın potensial müştəriləri tərəfindən həyata keçirilən pul köçürmə əməliyyatlarını həvəsləndirməkdir.

Kampaniya 10 dekabr 2015-ci ildən başlanacaqdır. Kampaniyanın davam etdiyi müddətdə Xalq Bankın filiallarında fəaliyyət göstərən Western Union, Contact, Privat Money, LİDER, UPT, Blizko, Monex pul köçürmə sistemlərindən istifadə edən müştərilərə Bakcell mobil operatorundan danışıq dəqiqələri hədiyyə ediləcəkdir.

Xalq Bankın filiallarında qeyd olunan təcili pul köçürmə sistemləri vasitəsilə Bakcell abunəçiləri dünyanın 200-dən artıq ölkəsinə asanlıqla pul göndərmək və ya almaq imkanına malikdirlər.
Xalq Bankın filiallarında təcili beynəlxalq pul köçürmə sistemləri vasitəsilə 100 AZN-dən 500 AZN-ə qədər təcili pul köçürməsi edən və ya alan Bakcell abunəçilərinin balansına pulsuz 10 danışıq dəqiqəsi yüklənir.

500 AZN-dən 1000 AZN-ə qədər pul köçürməsi edən və ya alan müştərilərə 20 dəqiqə bonus dəqiqələri verilir. Əgər pul köçürməsinin məbləği 1000 AZN-dən yuxarıdırsa, abunəçiyə Bakcell şirkətindən 30 pulsuz danışıq dəqiqələri hədiyyə verilir.

Bu kampaniya çərçivəsində, Monex pul köçürmə sistemi vasitəsilə 101 AZN-dən 500 AZN-ə qədər təcili pul köçürməsi edən müştərilərə 5 dəqiqə hədiyyə verilir. 501 AZN-dən 1000 AZN-ə qədər təcili pul köçürməsi edən müştərilərə Bakcell şirkətindən 10 dəqiqə, 1001 AZN-dən yuxarı təcili pul köçürməsi edən müştərilərə isə 15 pulsuz danışıq dəqiqələri hədiyyə verilir.

Daha ətraflı məlumat üçün http://ulduzum.az/partner/XalqBank səhifəsinə daxil olmağınız və ya 138 nömrəsinə zəng vurmağınız xahiş olunur.

***

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.
5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. "Bakcell"in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olmaqla əhalinin 93%-ni əhatə edir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti