...

Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının portalı Transxəzər dəhlizinin vahid portalı ola bilər (ƏLAVƏ OLUNUB)

Telekommunikasiya Materials 9 Mart 2016 18:27 (UTC +04:00)
USAID Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasına şuranın elektron portalının funksionallığının genişləndirilməsi ilə bağlı ekspert köməyi göstərəcək.
Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının portalı Transxəzər dəhlizinin vahid portalı ola bilər (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 16:48-də yayılıb)

Bakı. Maksim Tsurkov - Trend:

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) Azərbaycanın Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasına şuranın elektron portalının funksionallığının genişləndirilməsi ilə bağlı ekspert köməyi göstərəcək.

Trend-in məlumatına görə, bunu jurnalistlərə iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.

Onun sözlərinə görə, elektron portalın (transit.az) funksionallığının genişləndirilməsi Koordinasiya Şurasının planlarına daxildir: "Biz USAID ilə bu məsələ barədə müzakirə apardıq və agentlik elektron portalın funksionallığının genişləndirilməsində ekspert köməyi göstərəcək".

Nazir müavini qeyd edib ki, sayt Transxəzər nəqliyyat dəhlizinin bütün iştirakçı ölkələrinin iştirakı ilə vahid böyük portala çevrilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti