...

Cəbhəyanı regionlarda "Elektron hökumət" seminarları yekunlaşıb (FOTO)

Telekommunikasiya Materials 8 Noyabr 2016 09:11 (UTC +04:00)
Cəbhəyanı regionlarda yaşayan vətəndaşlar üçün 2016-ci ilin oktyabr-noyabr aylarında "Elektron hökumət" mövzusunda təşkil olunmuş seminarlar başa çatıb.
Cəbhəyanı regionlarda "Elektron hökumət" seminarları yekunlaşıb (FOTO)

Bakı. Trend:

Cəbhəyanı regionlarda yaşayan vətəndaşlar üçün 2016-ci ilin oktyabr-noyabr aylarında "Elektron hökumət" mövzusunda təşkil olunmuş seminarlar başa çatıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən Trend-ə verilən məlumata görə, 21-22 oktyabr tarixlərində Bərdə və Tərtər rayonlarında start verilən layihə, 4-5 noyabr tarixlərində Ağdam və Goranboyda keçirilən seminarlarla yekunlaşıb. "Vətənpərvər Maarifçi Gənclər" İctimai Birliyinin, Məlumat Hesablama Mərkəzinin, Yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinin iştirak etdiyi seminarlarda ümumilikdə 300-dən artıq yerli sakin iştirak edib.

Seminarlarda şəffaf social münasibətlərin qurulmasında electron xidmətlərin rolundan danışılıb. Seminarlarda vahid xidmət məkanı olan "Elektron hökumət" portalının bu günki fəaliyyəti və gələcək priototetləri barədə məlumat verilib. Məlumat Hesablama Mərkəzinin mütəxəssisi portal vasitəsilə təqdim olunan 418 xidmət üzrə ən çox müraciət olunan xidmətlərdən danışıb.

Seminar zamanı müxtəlif məzmunlu arayışların electron şəkildə əldə edilməsi əhali tərəfindən yüksək qiymətləndirilib. Portalın "Fikir Bank", "Əks-Əlaqə" və "Onlayn Konsultasiya" kimi köməkçi funksiaları barədə seminar iştirakçıları məlumatlandırılıb.
Sonda iştirakçılara sertifikat və hədiyyələr təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti