“Açıq İnnovasiyalar üzrə Startap Turu” öz işinə başlayıb (FOTO)

“Açıq İnnovasiyalar üzrə Startap Turu”  öz işinə başlayıb (FOTO)

Bakı. Trend:

Bu gün Bakıda Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Rusiya Federasiyasının “Skolkovo” Fondunun birgə təşkilatçılığı ilə innovativ startapların axtarışı üzrə ən böyük tədbir hesab edilən “Açıq İnnovasiyalar üzrə Startap Turu” (“Open Innovations Startup Tour”) öz işinə başlayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, açılış mərasimində qonaqları Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi nazir Ramin Quluzadənin adından salamlayıb. Nazirliyin şöbə müdiri Tahir Məmmədov Açıq İnnovasiyalar üzrə Startap Turu”nun Bakıda təşkilinə görə Rusiyanın “Skolkovo” Fonduna minnətdarlığını bildirib.

T.Məmmədov ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qeyri-neft sektorunun, o cümlədən yüksək texnologiyaların və innovativ inkişafın vəzifə kimi müəyyənləşdirildiyini vurğulayıb.

“Biz bu sahədə həmişə digər ölkələrlə, xüsusilə yaxın qonşumuz olan Rusiya Federasiyası ilə qarşılıqlı faydalı əməkdaşlığa hazırıq. Tədbirin məhz Bakı Biznes Mərkəzində keçirilməsi təsadüfi deyil. Çünki, elə bizim iştirakçıların da son məqsədi ideyalarını biznesə çevirməkdir. Biz ümid edirik ki, birgə dəstəyimizlə onlar öz ideyalarını həyata keçirə biləcəklər”.

Rusiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Oleq Muraşev isə qeyd edib ki, bugünkü tədbir Rusiya və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə təsadüf edir. ““Açıq İnnovasiyalar üzrə Startap Turu” dövlətlərimizin çoxşaxəli əməkdaşlığının daha bir mərhələsidir. Biz səmimi qəlbdən gənc sahibkarlara həm Azərbaycanda, həm də Rusiyada həyata keçirə biləcəkləri yeni uğurlu layihələr arzulayırıq. Güman edirik ki, “Skolkovo” Fondunun Azərbaycandakı missiyası gənc sahibkarlar üçün yeni imkanlar açacaq”.

“Skolkovo” texnoparkının baş direktoru Renat Batırov vurğulayıb ki, bugünkü tədbir həm Rusiya regionları, həm də yeni ölkə ilə əməkdaşlıq üçün yaxşı başlanğıcdır, çünki yeni regionda “Skolkovo” Fondunun rezidentləri bir çox hallarda yerli bazarlara çıxış əldə edir, yeni sifariş və investisiyalar cəlb edir. Biz rezidentlərimizin Azərbaycan bazarına daxil olmasında maraqlıyıq. Mən təkcə enerji şirkətləri bazarını deyil, biotibbi texnologiyalar, kənd təsərrüfatı, eləcə də turizm bazarını nəzərdə tuturam. Bununla yanaşı, biz Azərbaycan şirkətlərinin “Skolkovo” Fondunun rezidentləri olmasına, Rusiya bazarına çıxmasına və təqdim etdiyimiz bütün imkanlardan yararlanmasına şad olarıq”.

Tədbir çərçivəsində ekspert və spikerlər komandası bütün gün ərzində mühazirə və master-klasslar vaxtı gənc sahibkarlarla müzakirələr aparıb. Bundan başqa, bütün arzu edənlər mentor sessiyasında iştirak edib, tərəfdaş inkişaf institutlarının və iri İT şirkətlərinin nümayəndələri iştirakçılara layihələrin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verib.

“Açıq İnnovasiyalar üzrə Startap Turu” startap komandalarının illik seçimində ilk mərhələdir. Layihələrin növbəti inkişaf mərhələləri “Startup Village” konfransı və “Açıq innovasiyalar” Forumu olacaq.

Turun başlıca məqsədi həm Rusiyada, həm də MDB-də texnoloji sahibkarlığın formalaşdırılması, inkişafı və perspektivli innovativ layihələrin axtarışıdır. Məhz buna görə layihənin coğrafiyası daim genişlənir. “Skolkovo” Fondu üçün “Açıq İnnovasiyalar üzrə Startap Turu” çərçivəsində ikigünlük tədbirin Bakıda keçirilməsi Azərbaycanın innovativ infrastrukturu ilə ilk və uğurlu əməkdaşlıqdır.

Artıq sabah - aprelin 18-də Bakı Biznes Mərkəzində müsabiqə iştirakçıları layihələrini ekspertlərdən ibarət münsiflər heyətinə təqdim edəcəklər.

Bütün qanunsuz sənədlərin ləğvi qarşımızda duran ən vacib tapşırıqdır, Şuşa isə xüsusi mövzudur - Azərbaycanın Fransadakı səfiri
Bütün qanunsuz sənədlərin ləğvi qarşımızda duran ən vacib tapşırıqdır, Şuşa isə xüsusi mövzudur - Azərbaycanın Fransadakı səfiri
Yanğınsöndürmə maşınına Azərbaycan tərəfdən atəş açılması yalandır - MN
Yanğınsöndürmə maşınına Azərbaycan tərəfdən atəş açılması yalandır - MN
Ermənistanın Azərbaycan ərazisinə silah ötürməsi üçtərəfli bəyanatın kobud şəkildə pozulmasıdır - Amerikalı ekspert
Ermənistanın Azərbaycan ərazisinə silah ötürməsi üçtərəfli bəyanatın kobud şəkildə pozulmasıdır - Amerikalı ekspert
Loading Bars
Xəbər lenti
Universitet bitirməmişəm, Vidadi müəllimlə dost idik, ona görə də məni direktor təyin etdi - "Azər-İlmə"nin direktoru
Azərbaycanda Media Reyestrinin yaradılmasının məqsədi açıqlanıb
İndiyə qədər minaya düşərək həlak olan və yaralananların sayı açıqlanıb
Azərbaycanda imtiyazların tətbiq oluna biləcəyi jurnalistlərin dairəsi müəyyənləşir
Şuşada mülki şəxslərin minaya düşərək həlak olması ilə bağlı cinayət işi açılıb
Daşaltıda piyada əleyhinə minanın altına tank əleyhinə mina qoyulub - ANAMA
*Yenilənmiş “Jalə” şirələrinin tərkibi dəyişib
Banklara yeni standartla bağlı vaxt verilib
Şəkidə vətəndaşlardan qanunsuz odlu silahlar götürülüb (FOTO)
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilən konfrans keçirilib
AQTİ ilə Polşanın Milli Baytarlıq Araşdırma İnstitutu arasında memorandum imzalanıb
"Amazon" bir milyard avrodan çox cərimə olunub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş Beynəlxalq Elmi Konqres işə başlayıb (FOTO)
Masallıda oğurluq edən şəxslər tutulub (FOTO)
Sabahın hava proqnozu açıqlanıb
Ağalı kəndinə sakinlərin ilk köçürülməsindən sonra məktəbin fəaliyyəti bərpa olunacaq - Nazir
Prokuror Rasim Quliyevə 6 il cəza istədi
Şuşada məktəbin tikintisinə başlanılacaq
Daşaltıda iki nəfər minaya düşərək ölüb (ƏLAVƏ OLUNUB)
Zaqatalada şadlıq sarayının sahibi cərimələnib (VİDEO)
Sərhədçilərə xəsarət yetirmək istəyən qaçaqmalçı tərk-silah edilib, külli miqdarda narkotik götürülüb (FOTO)
Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycan şirkətinə 8 milyon avro kredit verib
100-dən saxta vaksin sertifikatı verən şəxslərin məhkəməsi başlayır
UNEC tələbələrinin rəsm əsərləri İqtisad Forumda maraqla qarşılanıb (FOTO)
Ölkədə epidemik proses nəzarət altına alınıb - Təyyar Eyvazov
Azərbaycan Haaqada erməni yalanları üzərində qələbə qazandı - TƏHLİL
Bakıda 22 yaşlı gənc özünü dənizə atıb
Region universitetlərinin tələbə və müəllimləri üçün Tədqiqat metodları və Akademik yazı üzrə təlim (FOTO)
Azərbaycanın tədiyə balansı 2,4 milyard dolları ötüb
“Media haqqında” qanunda media Ombudsmanı ilə bağlı məsələ yer almayıb - Əhməd İsmayılov
Biznes subyektləri ilə media orqanları arasında müzakirələr keçiriləcək
Onlayn mediaya güzəştlərlə bağlı iş gedir - Agentlik rəhbəri
Bəzi media orqanlarının feyk xəbərləri peşəkar KİV-in fəaliyyətinə mənfi təsir edir - Əhməd İsmayılov
“Günəşli” yatağında daha bir quyunun qazma işləri başa çatıb
DİN oyuncaq silah gəzdirənlərə xəbərdarlıq edib
Mina xəritələrinin dəqiqliyinə tam əmin olmaq təhlükəlidir - Emin Hüseynov
Media subyektlərinə güzəştli kreditlər verilə bilər - Agentlik rəhbəri
Media qurumlarına 5 il müddətində vergi güzəştlərinin tətbiq nəzərdə tutulur
Ağdamda İmarət stadionunun yeri dəyişdirilir, böyük kompleksin tikintisi nəzərdə tutulur
"Altılıq" formatının Moskva görüşündə Azərbaycanı Xələf Xələfov təmsil edəcək
“Media haqqında” qanun layihəsi yaxın zamanlarda Milli Məclisdə müzakirəyə çıxarılacaq
STEAM Azərbaycan Festivalına start verilib
15 bölgədə STEAM layihəsi həyata keçiriləcək - Təhsil naziri
Azərbaycan nefti bahalaşıb
Deputat Anar İsgəndərovun tələbələrlə görüşü olub (FOTO)
Bitkoin maliyyə resursu kimi dayanıqlılıq nümayiş etdirir - "FARI Solutions"
Sabah Moskvada "altılıq" formatının ilk iclası keçiriləcək
Kərpic sexində fəhlə ölüb
Xəzərdə tapılan insan skeletinin kimə məxsus olduğu müəyyənləşib
Mərkəzi Gömrük Hospitalının tibb bacıları “Kritik vəziyyətlərdə ilk tibbi yardım” təlimində iştirak ediblər (FOTO)
Sınaq imtahanlarına qeydiyyat bu gün başa çatır
Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsinə bəslədiyi ümidlər boşa çıxdı - TƏHLİL
Tovuzda iki qardaş bıçaqlanıb, biri ölüb
Toyda karantin qaydalarını pozan 4 nəfər cərimələndi
Bank Respublika “Nağd kredit al, kreditin 5%-ni geri al!” kampaniyasına start verib (FOTO)
Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub
Hacıqabul sakinindən sənədsiz ov tüfəngi götürülüb
Xarici valyutaların manata qarşı məzənnələri
Bakıda möhtəşəm "Avant Park" yaşayış kompleksinin inşasına start verildi (FOTO/VİDEO)
Zaqatalada avtomobil təmiri sexi yanıb
Ötən gün 18 koronavirus xəstəsi küçədə yaxalanıb
Bakıda yaşlı kişi metroda öldü
2020-ci il dekabrın 10-da keçirilmiş parad qalib ordunun Zəfər yürüşü idi - Kamaləddin Qafarov
Suraxanı rayonunda “Böyük Zəfər” məhəllələrarası mini futbol yarışlarının rayon turu başa çatıb (FOTO)
Azərbaycanla İran Astaraçay üzərində yeni körpünün inşası üzrə işlərə başlayıb - Səfir (ÖZƏL)
ABŞ-da AstraZeneca-nın COVID-19-a qarşı dərmanın istifadəsinə icazə verilib
ABŞ-da 5G-nin təhlükəsi barədə xəbərdarlıq edilib
Niderland Rotşildlərdən Rembrandtın rəsmini almaq üçün 150 milyon avro ayırıb
“Tottenhem” - “Renn” oyunu COVID-19-a yoluxma hallarına görə təxirə salınıb
ABŞ-da 2050-ci ilə qədər tullantıların sıfıra endirilməyi nəzərdə tutulur
Rusiya Türkiyəyə S-400-lərin əlavə partiyasını göndərmək niyyətindədir
Türkiyə və İran prezidentləri ikitərəfli münasibətləri müzakirə ediblər
"Barselona" Çempionlar Liqasının pley-off mərhələsinə çıxa bilməyib
Böyük Britaniya COVID-keçid sistemini tətbiq edəcək
UEFA Çempionlar Liqası: "Atalanta"-"Vilyarreal" oyunu təxirə salınıb
Gürcüstan Azərbaycana ən çox ixrac olunan malları açıqlayıb
Polad Bülbüloğlu və Fransanın Rusiyadakı səfiri Soçi görüşünün nəticələrini müzakirə ediblər
SOCAR Gürcüstanda gələn il 3000-dən çox günəş paneli quraşdırmağı planlaşdırır
Avropada qazın qiyməti min kubmetr üçün 1200 dolları ötüb
ABŞ investorların işğaldan azad edilən ərazilərin bərpasında iştirakı barədə müzakirə aparılıb
Azərbaycan və İran arasında ticarət dövriyyəsinin artırılması istiqamətində addımlar atılacaq - Səfir
Misirdə Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən sərgi təşkil olunub (FOTO)
Türkiyə qoyun və keçilərin sayına görə Avropada birinci yerə yüksəlib
bp yeni təşkilati struktur sayəsində Azərbaycanda məhsuldarlığı artırıb
Avropa birjalarında təbii qaz qiymətləri min kubmetr üçün 1 200 dollar həddini keçib
Dekabrın 9-na USD/AZN rəsmi məzənnəsi
Büdcə qaydasının yeni təkmilləşdirilmiş variantı təklif olunur - Nazir
Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında” Qanuna edilən dəyişikliklər plenar iclasa tövsiyə olunub
Azərbaycanın Büdcə Məcəlləsi hazırlanır
Peşəkar Mühasib Sertifikatı üçün keçirilən imtahanın nəticələri elan olunub
Nizami Gəncəvinin 880 illiyinə həsr edilən tədbir keçirilib (FOTO/VİDEO)
Şamaxıda koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb (VİDEO)
Polisin evindən "Qəhrəman ana" medalını oğurlayanlar məhkəmə qarşısına çıxarıldı
Bakıda yeni vəkil bürosu açılıb (FOTO)
Mikayıl Cabbarov Azəbaycan Güləş Federasiyasının prezidenti seçilib
Tədavülə yeni 20 qəpik buraxılıb
Dünya şöhrətli polşalı alimə ADNSU-nun Fəxri doktoru adı verilib (FOTO)
Real-Trend həftəlik iqtisadi layihəsinin növbəti buraxılışı yayımlanıb (VİDEO)
“Azərbaycan Hava Yolları” BƏƏ turizm agentləri üçün təqdimat keçirib (FOTO)
20 manatlıq pul əsginası yenilənib (FOTO)
Bütün xəbərlər