...

Azərbaycanda yeni şəxsiyyət vəsiqələrinin verilməsi üçün sertifikatlaşdırma mərkəzi yaradılıb

Telekommunikasiya Materials 3 İyun 2017 20:01 (UTC +04:00)

Bakı. Hüseyn Vəliyev - Trend:

Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi üçün sertifikatlaşdırma mərkəzi yaradılıb. Bu barədə Trend-ə mənbə bildirib.

Mənbə qeyd edib ki, elektron imza çiplərinin yeni şəxsiyyət vəsiqələrinə inteqrasiyası ilə məşğul olan mərkəz ilin sonunadək test rejimində işləyəcək.

Plana əsasən, mərkəz 2017-ci ilin dekabrında istifadəyə veriləcək və 2018-ci ilin yanvarından vətəndaşlara yeni şəxsiyyət vəsiqələrinin verilməsi başlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti