...

Müştərilər Azercell-i tövsiyə edir

Telekommunikasiya Materials 14 Avqust 2017 13:23 (UTC +04:00)
"Azercell Telekom" MMC daha bir uğuru ilə seçilib.
Müştərilər Azercell-i tövsiyə edir

Bakı. Trend:

İnnovativ yenilikləri Azərbaycanın telekommunikasiya bazarında hər zaman birinci tətbiq edən "Azercell Telekom" MMC daha bir uğuru ilə seçilib.

Belə ki, şirkət 2017-ci ilin II rübü üçün Beynəlxalq Abunəçi Loyallığı İndeksinin (NPS) qiymətləndirilməsində bütün rəqiblərini qabaqlayaraq, 64% nəticə ilə abunəçilərinin yüksək etimadını qazanıb. 2014-cü ildə ilk dəfə olaraq Azərbaycanda Abunəçi Loyallığı İndeksini ölçməyə başlayan "Azercell" 2017-ci ilin II rübü üçün yerli mobil rabitə bazarında NPS göstəricisi üzrə liderliyini goruyub saxlamaqdadır. Qeyd edək ki, bu dəfə Abunəçi Loyallığı İndeksinin qiymətləndirilməsində Bakı ilə yanaşı bölgələrdəki sakinlər də da iştirak edib.

Bu indeks istehlakçının məhsul və ya şirkətə bağlılığını, onun xidmətlərini tövsiyə etmək hazırlığını müəyyən edir. Bu unikal qiymətləndirməni tətbiq etməklə, "Azercell" özünün müştəri xidmətləri sahəsində liderliyini bir daha təsdiq edib. İstifadəçilərin bağlılığının qiymətləndirilməsi üzrə bu yenilikçi modelin tətbiqi Azercell-ə öz müştərilərinin ehtiyaclarını daha dərindən öyrənməyə və gələcək fəaliyyətini onların istəklərini nəzərə alaraq təşkil etməyə imkan verir.

Daha ətraflı məlumat üçün: [email protected]

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı "Azercell Telekom" MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana "Azercell" gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən "Azercell" Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim edib. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan "Global Wireless Solutions" şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən "Azercell" şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti