...

"Təhsil və Karyera" sərgisinin ən çox ziyarət edilən stendi (FOTO)

Telekommunikasiya Materials 9 Oktyabr 2017 11:06 (UTC +04:00)
Yarandığı gündən tələbə və gənclərə hər zaman dəstək göstərən, onlarla bağlı müxtəlif sosial layihələr həyata keçirən Azercell Telekom MMC bu gün də bu istiqamətdə fəaliyyətini davam etdirir.
"Təhsil və Karyera" sərgisinin ən çox ziyarət edilən stendi (FOTO)

Bakı. Trend:

Yarandığı gündən tələbə və gənclərə hər zaman dəstək göstərən, onlarla bağlı müxtəlif sosial layihələr həyata keçirən Azercell Telekom MMC bu gün də bu istiqamətdə fəaliyyətini davam etdirir.

Şirkətdən Trend-ə verilən məlumata görə, "Azercell"in təşəbbüsü ilə istedadlı tələbələr üçün Barama proqramı reallaşdırılır, artıq neçə illərdir ki, şirkətin elan etdiyi Təqaüd Proqramı çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan bacarıqlı gənclərimiz Azercell-dən əlavə təqaüd alırlar. Həmçinin, Azercell aparıcı universitetlərlə əməkdaşlıq edir ki, bu da təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsinə yardım göstərir.

Şirkət ölkəmizdə keçirilən əmək yarmarkalarında, təhsil və karyera sərgilərində hər zaman öz aktiv iştirakı ilə də seçilir. Bu dəfə Azercell 6-8 oktyabr tarixlərində Caspian Event Organizers tərəfindən təşkil olunan Təhsil və Karyera sərgisindən kənarda qalmayıb. 10000-dən çox ziyarətçinin qatıldığı Bakı Ekspo Mərkəzində baş tutan sərgidə Azercell-in stendi hər kəs tərəfindən böyük maraqla qarşılanıb. Stenddə şirkətin iş prinsipləri, kadr seçimində üstünlük verilən meyarlar haqqında məlumatlar yer alıb. Burada, həmçinin, Azercell-də tələbə və məzunlar üçün yaradılan imkanlar, gənclərin inkişafına yönəldilən proqram və layihələr haqqında da məlumat almaq mümkün olub. Şirkətin nümayəndələri Azercell-ə işə qəbul olunmaq arzusunda olan məzunlar üçün informasiya sessiyaları təşkil edib, onların suallarını cavablandırıb və ehtiyac olduğu halda məsləhətlər də veriblər.

Qeyd edək ki, Azercell şirkətinin stendi ziyarətçi sayına görə “Təhsil və Karyera” sərgisinin ən qabaqcıl stendinə olmuş və sərgi təşkilatçıları tərəfindən xüsusi sertifikatla mükafatlandırılmışdır.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GgPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti