...

"Azercell"dən abunəçilərinə 100 dəqiqə hədiyyə

Telekommunikasiya Materials 1 Mart 2018 15:56 (UTC +04:00)
Ölkənin lider mobil operatoru Azercell Telekom MMC yeni kampaniyaları ilə abunəçilərini sevindirməyə davam edir.
"Azercell"dən abunəçilərinə 100 dəqiqə hədiyyə

Bakı. Trend:

Ölkənin lider mobil operatoru Azercell Telekom MMC yeni kampaniyaları ilə abunəçilərini sevindirməyə davam edir.

Şirkətdən Trend-ə verilən məlumata görə, martın 1-dan etibarən Azercell-in Eksklüziv mağazalarında istənilən aylıq internet paketlərə, tarif paketlərə (GencOL, Hədsiz, Hedsiz Zəng, Hədsiz İnternet, Kombo, Biznes 200) qoşulan və yaxud istənilən telefon modeli və ya aksesuar əldə edən abunəçilərə şəbəkədaxili 100 dəqiqə danışıq həcmi hədiyyə veriləcək.

Qeyd edək ki, Azercell-in Eksklüziv mağazaları Bakı (Bülbül pr., 5, Qara Qarayev prospekti, ev 30\42, mənzil 52), Xırdalan (Heydər Əliyev pr. Mehdi Hüseyin küç. 54), Mərdəkan (Mərdəkan qəs., S.Yesenin küç., 92/2, m.30), Xaçmaz (Nəriman Nərimanov küç., 40) və Qubada (Heydər Əliyev prospekti, 194) abunəçilərin ixtiyarına verilib. Ən müasir avadanlıqla təchiz olunaraq yeni Nordik konsepsiyasına uyğun bu mağazalarda abunəçilər istədiyi məhsulu tədqiq və müqayisə edə, sınaqdan keçirə bilirlər. Eyni zamanda, abunəçilər mobil texnologiyaları dəstəkləyən müxtəlif aksessuraları, cihazları, mobil telefonları kredit və nağd şəkildə əldə etmək imkanı qazanırlar.

Azercell Telekom bayramlar ərəfəsində abunəçilərini bir-birindən sərfəli kampaniyalarla sevindirməkdə davam edəcək.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial mediada müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən Global Wireless Solutions şirkəti, eləcə də “Opensignal” və “Testmy.net” kimi simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti