...

Azercell daha güclü şəbəkə ilə Formula 1 yarışlarına dəstək verir

Telekommunikasiya Materials 28 Aprel 2018 16:08 (UTC +04:00)
Bu il də Azercell Telekom Forumula 1 oyunlarının keçiriləcəyi stadionlar və digər əlaqədar ərazilərdə bütün müştəriləri üçün mobil rabitə sistemini ən yüksək keyfiyyətdə təqdim edir.
Azercell daha güclü şəbəkə ilə Formula 1 yarışlarına dəstək verir

Bakı. Trend:

Artıq üçüncü ildir ki, ölkəmizdə möhtəşəm "Formula-1" yarışları keçirilir. Uzun illər ərzində ölkənin bütün ərazilərini yüksək keyfiyyətli xidmət və kəsintisiz rabitə ilə təmin edən Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom da bu cür irimiqyaslı tədbirə öz töhfəsini verməkdə davamçıdır. Bu il də Azercell Telekom Forumula 1 oyunlarının keçiriləcəyi stadionlar və digər əlaqədar ərazilərdə bütün müştəriləri üçün mobil rabitə sistemini ən yüksək keyfiyyətdə təqdim edir.

Şirkətdən Trend-ə verilən məlumata görə, Formula 1 tədbirlərinin keçirildiyi ərazilərdə 42-2G, 36-3G və 18 4G radio baza stansiyalarında gücləndirmə və tutum artırılması işləri həyata keçirilib. Bundan əlavə, 21 baza stansiyada 4-cü, 6 stansiyada 3-cü və 4-cü və daha 2 stansiyada 3-cü daşıyıcı tezlik əlavə edilib. Şirkət Crystal Hall və Formula1 ərazisində daha 3 baza stansiya quraşdırmış, Crystal Hall üçün transmissiya tutumunu 1Gbps -dən 2Gbps-ə qədər artırıb. Ümumllikdə, Crystal Hall-da 2G, 3G və 4G şəbəkəsi üzərində çalışan 8 stansiya hər kəsə yüksək sürətli rabitədən yararlanmağa imkan verir. Azercell və onun tərəfdaşları Ericsson və Huawei şirkətinin peşəkar mühəndisləri tərəfindən əhəmiyyətli şəbəkə gücləndirməsi işləri görülüb. Onu da qeyd edək ki, Azercell Formula 1 ərazisinin şəbəkə monitorinqi üçün xüsusi olaraq nəzarət xəritəsi də hazırlayıb.

Ölkədə 4G xidmətini ilk dəfə abunəçilərinə təqdim edən və ölkədə ən böyük LTE şəbəkəsinə sahib olan Azercell Şirkət ölkəmizdə keçirilən beynəlxalq yarışlarda hər zaman göstərdiyi yüksək keyfiyyətli xidmət ilə seçilib və bu istiqamətdə fəaliyyətini davam etdirəcək.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial mediada müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən Global Wireless Solutions şirkəti, eləcə də “Opensignal” və “Testmy.net” kimi simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti