...

ABŞ-ın Beynəlxalq Maliyyə İnstitutunun nümayəndəsi Yüksək Texnologiyalar Parkında infosessiya keçirib (FOTO)

Telekommunikasiya Materials 25 İyun 2018 17:43 (UTC +04:00)
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Yüksək Texnologiyalar Parkında infosessiya keçirilib.
ABŞ-ın Beynəlxalq Maliyyə İnstitutunun nümayəndəsi Yüksək Texnologiyalar Parkında infosessiya keçirib (FOTO)

Bakı. Trend:

ABŞ-ın Beynəlxalq Maliyyə İnstitutu “Overseas Private Investment” (OPIC) korporasiyasının Beynəlxalq Layihələrin Maliyyələşdirilməsi Departamentinin direktoru Tara Bleykin iştirakı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Yüksək Texnologiyalar Parkında infosessiya keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, infosessiya “OPIC”-in Azərbaycandakı layihələri maliyyələşdirmə imkanlarına həsr olunub.

Tədbirdə potensial şirkətlər, investor və iş adamları, eləcə də startapçılar iştirak edib.

İnfosessiya zamanı korporasiyanın Azərbaycandakı layihələri maliyyələşdirmə mexanizmləri barədə ətraflı təqdimat olub və birgə əməkdaşlıq perspektivləri müzakirə edilib.

Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli parkın fəaliyyəti, yaradılan ekosistem, startapçılara və investorlara təqdim edilən imkanlar barədə ətraflı məlumat verib.

Daha sonra ABŞ-ın Azərbaycandakı səfirliyinin kommersiya üzrə məsul şəxsi Filip Qutrie təqdimatla çıxış edib.

T.Bleykin Azərbaycandakı layihələri maliyyələşdirmə imkanlarına dair geniş təqdimat edib və birgə əməkdaşlığa hazır olduqlarını qeyd edib.

Daha sonra təqdimat ətrafında müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti