...

"Ailə TV" player cihaznın yeni modeli təqdim olunub

Telekommunikasiya Materials 5 Sentyabr 2018 18:46 (UTC +04:00)
Televiziya xidmətləri operatoru Ailə TV, şirkətin İPTV xidmətindən istifadə üçün nəzərdə tutulmuş yeni Ailə TV Player cihazlarının satışına başlayıb.
"Ailə TV" player cihaznın yeni modeli təqdim olunub

Bakı. Trend:

Televiziya xidmətləri operatoru Ailə TV, şirkətin İPTV xidmətindən istifadə üçün nəzərdə tutulmuş yeni Ailə TV Player cihazlarının satışına başlayıb.

Şirkətdən Trend-ə verilən məlumata görə, yeni cihaz Ailə TV Player 3 adlanır və öncəki modellərdən fərqli olaraq bir-çox üstünlüklərə malikdir.

Yeni Ailə TV Player cihazı öncəkilərdə olan çatışmamazlıqlar nəzərə alınaraq hazırlanıb və interaktiv televiziya xidmətlərindən istifadə üçün daha mükəmməl hesab olunur. Ailə TV Player 3 Android 7.1 əməliyyat sistemində çalışır və çoxnüvəli prosessorla təchiz olunub.

Ailə TV-nin İPTV-xidmətindən istifadə üçün Ailə TV Player cihazından savayı minimum 2-3 Mbit/s sürətli internet bağlantısı tələb olunur, internet xidmətinin hansı provayder tərəfindən təqdim olunmasının heç-bir fərqi yoxdur.

Ailə TV Player cihazı televizora HDMİ və ya AV kabel vasitəsilə qoşila bilir və İPTV yayım növündə 200 TV kanal izləmək imkanı yaradır. TV kanalları eyni zamanda 14 günədək geri çəkib, TV proqram üzrə hər-hansı bir verilişin təkrarını da izləmək olar və ya canlı yayımda fasilə (pauza) rejimindən istifadə etmək olar. Televiziya kanalları seyrindən əlavə Ailə TV Player cihazlarının sahibləri Ailə Cinema xidmətindən də istifadə edə bilərlər.

Ailə Cinema - Video on Demand (VoD) prinsipi ilə çalışan video izləmə servisidir. Barada mütəmadi olaraq film, serial və cizgi filmləri yenilənir. İstifadəçilər 50.000-dən çox filmdən istədiklərini seçib izləyə bilərlər.

Bütün Ailə TV Player cihazlarınına 1 illik zəmanət verilir, zəmanət talonu cihazların üzərindən təqdim olunur. Ailə TV Player cihazlarını Ailə TV filiallarından, şəhərimizin elektronika mağazalarından əldə edə, eləcə də 012 920 çağrı mərkəzinə zəng edərək sifariş etmək olar. Hal-hazırda kampaniya şərtləri ilə cihaz 6 aylıq abunə haqqı qarşılığında (60 azn) pulsuz verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti