...

Ailə TV Xırdalan filialı yeni ünvanda (FOTO)

Telekommunikasiya Materials 15 Oktyabr 2018 16:49 (UTC +04:00)
Ailə TV televiziya və internet xidmətləri operatorunun daha bir filialı Xırdalan şəhərində yeni ünvana köçürülüb.
Ailə TV Xırdalan filialı yeni ünvanda (FOTO)

Bakı. Trend:

Bakıda və Abşeronda 7, Gəncədə isə 1 filial ilə abunəçilərə xidmət göstərən Ailə TV televiziya və internet xidmətləri operatorunun daha bir filialı Xırdalan şəhərində yeni ünvana köçürülüb.

Şirkətdən Trend-ə verilən məlumata görə, bu gündən etibarən Xırdalan sakinləri Heydər Əliyev prospekti 31 (Kral MTK) ünvanında yerləşən yeni Ailə TV Xırdalan filialının xidmətlərindən istifadə edə biləcəklər.

Xırdalan filialının yenilənməsi münasibətilə xüsusi olaraq məhz Xırdalan sakinləri üçün “Xoş Gəldin” kampaniyasına start verilmişdir. Kampaniya şərtlərinə əsasən Oktyabr ayının sonunadək Ailə TV Kabel Televiziyası xidmətinə ilk dəfə qoşulan hər mənzilə bir aylıq abunə təmənnasız hədiyyə olunacaqdır.

Şirkət tərəfindən abunəçilərə eyniz zamanda fiber-optik interneti xidməti də göstərilməkdədir. Ailə NET-in təqdim etdiyi internetin üstün cəhəti qoşulmaq üçün heç bir telefon xəttindən istifadə edilməməsidir. Fiber optik şəbəkə daha sürətli və daha keyfiyyətli internetdən istifadəyə imkan yaradır.

Daha ətraflı məlumat üçün 24 saat xidmət göstərən (012) 920 çağrı mərkəzinə zəng etmək və ya aile.tv internet səhifəsinə daxil olmaq mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti