...

"Azercell" abunəçilərini Novruz bayramında sevindirməyə davam edir

Telekommunikasiya Materials 19 Mart 2019 12:23 (UTC +04:00)
Azərbaycanın telekommunikasiya bazarında lider mobil operator olan "Azercell" abunəçilərini Novruz bayramı ərəfəsində sevindirməkdə davam edir.
"Azercell" abunəçilərini Novruz bayramında sevindirməyə davam edir

Bakı. Trend:

Azərbaycanın telekommunikasiya bazarında lider mobil operator olan "Azercell" abunəçilərini Novruz bayramı ərəfəsində sevindirməkdə davam edir. Bu dəfə "Azercell" mart ayının 19-dan 31-dək hər yeni Fakturasız Xətt nömrə alan abunəçiyə şəbəkədaxili danışıqlar üçün pulsuz 500 dəqiqə hədiyyə təqdim edir.

Kampaniya haqqında ətraflı məlumat üçün https://www.azercell.com/az/personal/campaigns/monthly/welcomecamapaign/ səhifəsinə daxil olun.

Şirkət bayramlarda ölkə xaricinə sayahət edən abunəçilərini də ututmayıb.

"Azercell" rominq internet paketlərinin çalışdığı ölkələr siyahısını növbəti dəfə genişləndirərək, siyahıya BƏƏ və Çin ölkələrini də əlavə edib. Belə ki, artıq "Azercell" abunəçiləri 52 ölkədə 70-dən çox operatorun şəbəkəsində Rominq İnternet Paketlərindən istifadə etmə imkanına malikdirlər və siyahı daim yenilənir.

Qeyd edək ki, "Azercell" istifadəçilərinə rominqdə internet xidmətlərindən faydalanmaq üçün 2 paket təqdim edir: 19.90 AZN ödəməklə 1GB həcmində internet paketi və yaxud 9.90 AZN ödəməklə 400 MB həcmində internet paketi.

Xatirladaq ki, hazırda Türkiyə, Gürcüstan, ABŞ, Qətər, Belarus, Finlandiya, Özbəkistan, Yeni Zelandiya, BƏƏ və Çin kimi populyar istiqamətlərdə "Azercell" abunəçiləri prioritet operatoru seçmək zərurəti olmadan istənilən operatorun şəbəkəsində internet xidmətindən istifadə edə bilərlər, çünki rominq internet paketləri həmin ölkələrdə bütün şəbəkər üçün etibarlıdır.

Rominq internet paketləri haqqında ətraflı məlumat üçün https://www.azercell.com/az/personal/roaming/internetroaming/ səhifəsinə daxil olun.

Azercell-in Novruz bayramında təklif etdiyi fürsətləri qaçırmayın! Bu bayram əzizləriniz və sevdikləriniz ilə bol-bol ünsiyyətdə olun!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti