...

"Netflix"in yeni abunəçilərinin sayı 15,8 milyona yüksəlib

Telekommunikasiya Materials 22 Aprel 2020 03:25 (UTC +04:00)
"Netflix"in yeni abunəçilərinin sayı 15,8 milyona yüksəlib

Bakı. Trend:

Seriallar və filmlərin video axın şəkildə təchizçisi olan ABŞ-ın transmilli şirkəti "Netflix", bu ilin ilk rübündə abunəçi bazasını əvvəlki ilin eyni dövründəki 9,6 milyon göstəricisi ilə müqayisədə 15,8 milyon artırıb.

Trend-in məlumatına görə, bu barədə şirkətin hesabatında bildirilir.

Korporasiya bu göstəricinin proqnozlardan iki dəfə çox olduğuna diqqət yetirir. "Netflix" bu ilin ilk rübündə təxminən 7 milyon yeni abunəçi olacağını gözləyirdi.

Bu ilin birinci rübündə korporasiyanın gəliri 5,77 milyard dollar təşkil edib. Ötən ilin birinci rübündə bu göstərici 4,52 milyard dollar olub. Eyni dövrdə xalis mənfəət 344 milyon dollardan 709 milyon dollara yüksəlib.

"Netflix" 190-dan çox ölkədə video axın xidmətləri göstərir. Şirkət 1997-ci ildə yaradılıb, baş ofisi Los Qatosda (Kaliforniya) yerləşir. 2013-cü ildən korporasiya öz filmlərini, seriallarını və televiziya şoularını istehsal edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti