...

Türkiyə dördüncü sənaye inqilabı sahəsində biliklərin inkişafında Azərbaycana kömək edir

Telekommunikasiya Materials 23 Fevral 2022 16:18 (UTC +04:00)
Türkiyə dördüncü sənaye inqilabı sahəsində biliklərin inkişafında Azərbaycana kömək edir

Bakı. Sədrəddin Ağcayev - Trend:

Türkiyənin Dördüncü Sənaye İnqilabı Mərkəzi Azərbaycanda bu sahədə bilikləri inkişaf etdirir.

Trend-in məlunatına görə, bunu mərkəzin rəhbəri Erdem Efe "IV sənaye inqilabının trendləri" adlı konfransda deyib.

Onun sözlərinə görə, mərkəzin Azərbaycanda proqramı təkcə sənaye müəssisələri işçilərinin biliklərinin artırılmasına yönəlməyib, həm də digər əhalini əhatə edir.

"Biz Türkiyədə bu cür işləri geniş şəkildə həyata keçiririk. Azərbaycanda artıq müvafiq Dördüncü sənaye inqilabı mərkəzi yaradılıb", - deyə o bildirib.

E.Efe əlavə edib ki, Tükiyədə dördüncü sənaye inqilabı texnologiyaları avtomobilqayırma və sənaye kimi sektorlarda tətbiq olunur.

"Bundan başqa, biz öz layihələrimizdə süni intellektdən geniş istifadə edirik və artıq bu texnologiyaların milli inkişaf strategiyası hazırlanıb", - E.Efe deyib

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti