Bakı. Trend:
2021-ci ildə Azərbaycanın bölgələrində 4G istifadəçilərinin sayı 12 faiz artıb.
Trend-in məlumatına görə, bunu "Nar (Azerfon)" mobil operatorunun baş direktoru Qunnar Panke "Nar"ın 15 illiyinə həsr olunmuş mətbuat kofransında deyib.
Onun sözlərinə görə, Bakıda bu göstərici 33 faiz (840 mindən çox abunəçi) artıb
Qeyd edək ki, "Nar"ın istifadəçilərinin sayı 2,2 milyon nəfərə yaxındır.
(Tərcümə: Orxan Nəbiyev)