...

Avropada ən çox satılan smartfon markası açıqlanıb

Telekommunikasiya Materials 25 May 2022 02:46 (UTC +04:00)
Avropada ən çox satılan smartfon markası açıqlanıb

Bakı. Trend:

2022-ci ilin birinci rübündə Avropa ölkələrində ən populyar smartfon markalrının siyahısına Samsung, Apple və Xiaomi başçılıq edib.

Trend xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə "Canalys" analitik şirkətin məlumatında bildirilir.

Qeyd olunur ki, adıçəkilən markaların payına bazarın 76%-i düşüb.

Belə ki, "Samsung" hesabat dövründə 14,6 milyon smartfon satıb. İkinci yerdə 8,9 milyon cihaz satan "Apple" gəlir, ən populyar markalar arasında 3-cü yeri tutan "Xiaomi" 8,2 milyon smartfon satıb.

2022-ci ilin ilk kvartalında avropada 41,7 milyon smartfon satılıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 4,7 milyon cihaz azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti