...

“Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir açıqlanıb

Telekommunikasiya Materials 30 Sentyabr 2022 12:50 (UTC +04:00)
“Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir açıqlanıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

“Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 83 faizini təşkil edib.

Trend-in məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi “İxrac icmalı”nın avqust sayında bildirilir.

Qeyd olunur ki, 2022-ci ilin yanvar-avqust aylarında “Azərkosmos” tərəfindən 17,2 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib:

"Azərkosmos"un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 83 faizini təşkil edib. 2022-ci ilin avqust ayında “Azərkosmos” dünyanın 33 ölkəsinə 2,1 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

2022-ci ilin yanvar-avqust ayları ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 4,4 milyon dollar ilə Böyük Britaniya, 3,5 milyon dollar ilə Fransa, 2,9 milyon dollar ilə Lüksemburq, 1,6 milyon dollar ilə BƏƏ və 0,957 milyon dollar ilə Pakistan qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti