Bakı. Trend:
Dünyada rəqəmsal inqilab gedir və 5G texnologiyası bu prosesə öz töhfəsini verə bilər.
Trend-in məlumatına görə, bunu çərşənbə günü Bakıda brifinq zamanı "Horizon Advisory" müstəqil konsaltinq şirkətinin həmtəsisçisi Emili de Labrüyer deyib.
"Texnologiyaları həm hərbi, həm kommersiya, həm də mülki məqsədlərlə istifadə etmək olar. Və onlardan istifadə edə bilən tərəf həm böyük nüfuza, həm də böyük hərbi potensiala malik olacaq", - deyə o bildirib.