...

Trans-Avropa nəqliyyat şəbəkələri üzrə əməkdaşlıq müzakirə edilib (FOTO)

Telekommunikasiya Materials 8 Dekabr 2022 14:50 (UTC +04:00)
Trans-Avropa nəqliyyat şəbəkələri üzrə əməkdaşlıq müzakirə edilib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Avropa İttifaqının Qonşuluq və Genişlənmə danışıqları üzrə Baş Direktorluğunun Şərq qonşuluğu və institusional quruculuq üzrə direktoru Lourens Mereditin ölkəmizə səfəri çərçivəsində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə görüşü keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə, həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankı və Avropa İnvestisiya Bankının nümayəndələri iştirak ediblər.

Görüş zamanı Aİ-nin İqtisadi və İnvestisiya Planı və bu plan çərçivəsində mümkün prioritet layihələrə dair fikir mübadiləsi aparılıb.

Eyni zamanda Aİ-nin maliyyə mexanizmlərindən istifadə, Trans-Avropa nəqliyyat şəbəkələri (TEN-T) üzrə əməkdaşlıq, nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması kimi məsələlər müzakirə olunub.

Aİ nümayəndəsi ölkəmizdə həyata keçirilən nəqliyyat və rəqəmsallaşma layihələri, Zəngəzur Dəhlizinin əhəmiyyəti və işğaldan azad olunmuş ərazilərimizdə görülən işlər barədə məlumatlandırılıb.

Prioritet istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi baxımından Azərbaycan-Aİ Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ikinci iclasının 2023-cü ildə Bakıda keçirilməsinin önəmi qeyd olunub.

Görüşdə, həmçinin regionlarda telekommunikasiya infrastrukturunun inkişafı istiqamətində “Aztelekom” MMC və Avropa Yenidənqurma və İnkişaf Bankı arasında əməkdaşlıq məsələlərinə toxunulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti