Bakı. Trend:
Bu il Azərbaycanda "Hökumət buludu"na inteqrasiya olunan dövlət qurumlarının sayı açıqlanıb.
Trend-in məlumatına görə, bu barədə bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr müavini İnarə Vəliyeva mətbuat konfransında deyib.
O bildirib ki, bu il 26 dövlət qurumu "Hökumət buludu"na inteqrasiya olunub.
“2023-cü ildə daha 22 dövlət qurumunun "Hökumət buludu"na inteqrasiyası planlaşdırılır”, - deyə o qeyd edib.