Bakı. Trend:
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin elektron informasiya resursu yeni "nnk.gov.az" domen adı ilə AzStateNet şəbəkəsinə köçürülüb.
Trend xəbər verir ki, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının internet səhifələrinin “GOV.AZ” zonasında qeydiyyatdan keçirilməsi və təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.