...

Azərbaycanda mobil şəbəkə üzərindən ötürülmə sürəti Mərkəzi Asiya və Qafqaz ölkələrini qabaqlayır

Telekommunikasiya Materials 31 İyul 2023 10:51 (UTC +04:00)
Azərbaycanda mobil şəbəkə üzərindən ötürülmə sürəti Mərkəzi Asiya və Qafqaz ölkələrini qabaqlayır
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda mobil şəbəkə üzərindən verilənlərin ötürülmə sürəti Mərkəzi Asiya və Qafqaz ölkələrinin göstəricilərindən yüksəkdir.

Bu barədə Trend-ə dünyada mobil operatorların internet xidmətlərinin reytinqini müəyyən edən tanınmış Ookla şirkətinin analitiki Silviya Keçiçe deyib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti internet xidmətlərinə artan tələbatı qarşılamaq və iqtisadi artımın mühüm dayağı olan rəqəmsal transformasiyanı təmin etmək məqsədilə ölkənin genişzolaqlı infrastrukturunun genişlənməsinə investisiya qoyur.

"2023-cü ilin iyun ayında Azərbaycan mobil şəbəkə üzərindən verilənlərin ötürülmə sürətinə görə 40,39 Mbit/san orta sürətlə 59-cu yer tutaraq Qazaxıstan (68-ci yer), Gürcüstan (74-cü yer), Ermənistan (81-ci yer), Qırğızıstan (82-ci yer) və Özbəkistanı (107-ci yer) geridə qoyub. Azərbaycan 4G texnologiyası sayəsində bu ölkələri qabaqlayır. Bu texnologiyaya investisiyaların qoyulması 4G şəbəkəsində verilənlərin ötürülmə sürətini 2022-ci ilin iyun ayındakı 33,75 Mbit/san-dən 2023-cü ilin iyununda 43,46 Mbit/san-dək artırmağa imkan verib. Eləcə də 4G-nin əlçatanlığı 2022-ci ilin iyununda 73,1 faizdən 2023-cü ilin iyununda 80,5 faizədək artıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti