...

Dövlət Xidməti tərəfindən emal edilən elektron məktubların 8%-i zərərlidir - Tural Məmmədov

Telekommunikasiya Materials 23 Sentyabr 2023 15:41 (UTC +04:00)
Dövlət Xidməti tərəfindən emal edilən elektron məktubların 8%-i zərərlidir - Tural Məmmədov
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin birinci yarısında Dövlət Elektron Poçtu tərəfindən 16 993 elektron məktub emal edilib, bunların 1416-sı və ya 8 faizi zərərli məzmun səbəbindən bloklanıb.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisi general-mayor Azər Əhədov Dövlət Qurumlarının IT rəhbərlərinin II Zirvə Toplantısında deyib.

Onun sözlərinə görə, emal edilən elektron məktubların 15 milyon 577 mini və ya 92 faizi istifadəçilərə çatdırılıb.

"Bu, ciddi rəqəmdir və bu istiqamətdə müəssisədaxili maarifləndirici tədbirləri gücləndirməyi xahiş edirəm, belə ki, kiberhücumların əksəriyyəti elektron poçtla göndərilən keçidlər vasitəsilə həyata keçirilir", - deyə o əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti