...

Qazaxıstan TBNM ilə yük axınının artacağını gözləyir - Tokayev

Telekommunikasiya Materials 24 Noyabr 2023 14:44 (UTC +04:00)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) ilə yük axınının artacağını gözləyir.

Trend xəbər verir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) Bakıda keçirilən sammitində çıxışında deyib.

"Qazaxıstan Avropa və Asiya arasında kontinental körpüyə çevrilib. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yük axınının artacağını gözləyirik", - o deyib.

Tokayev həmçinin, Qazaxıstanın Şimal-Cənub dəhlizi ilə fəal əməkdaşlığı davam etdirməyə hazır olduğunu qeyd edib:

"Bu, bizim inkişaf etdirməli olduğumuz böyük üstünlükdür. Biz bu baxımdan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına böyük ümidlər bəsləyirik. Əminəm ki, Orta Dəhlizin "Kəmər və Yol" layihəsi ilə əlaqəsi də Trans-Avropa Nəqliyyat Şəbəkəsi (TEN-T) və "Global Gateway" strategiyası olaraq qlobal ticarətə güclü multiplikator effekti verəcək"

Onun sözlərinə görə, bununla yanaşı, Qazaxıstan Şimal-Cənub dəhlizinin inkişafı istiqamətində fəal əməkdaşlığa hazırdır.

"Son 15 ildə ölkəmiz nəqliyyat infrastrukturuna 35 milyard dollardan çox sərmayə yatırıb. Növbəti üç il ərzində biz 1300 kilometrdən çox dəmir yolu çəkməyi planlaşdırırıq. Bu, Çin, Cənubi Asiya, Rusiya və Avropa istiqamətində potensialı artıracaq", - o deyib.

Tokayev bütün tərəfdaşları Xəzər dənizi limanlarının imkanlarının genişləndirilməsi, habelə nəqliyyat gəmilərinin birgə istehsalı üçün qarşılıqlı faydalı əməkdaşlığa dəvət edib.

“Biz BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının aktiv texniki və ekspert dəstəyinə ümid edirik”, - deyə Qazaxıstan Prezidenti əlavə edib.

Xəbər lenti

Xəbər lenti