...

"Rəqəmsal Akademiya" proqramı çərçivəsində rəqəmsal savadlılıq səviyyəsinin yüksəldilməsi üzrə işlər görülür

Telekommunikasiya Materials 8 Dekabr 2023 14:34 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

"Rəqəmsal Akademiya" proqramının məqsədi Azərbaycanın iqtisadiyyat sektorunda rəqəmsal savadlılıq səviyyəsinin və rəqəmsal bacarıqların səviyyəsinin yüksəldilməsinə töhfə verməkdən ibarətdir.

Trend cümə günü xəbər verir ki, bu barədə jurnalistlərə İRİA "Rəqəmsal Akademiya" proqramının rəhbəri Aleksey Qusev deyib.

"Gələn il İRİA mütləq "Digital Nations" ilə, eləcə də digər agentliklərlə işləməyə davam edəcək və ola bilsin ki, dövlət sektoru ilə məhdudlaşmayacaq. Yəqin ki, bilirsiniz, bizim geniş ictimaiyyət üçün "TechNest" təqaüd proqramı kimi bir çox maarifləndirici tədbirlərimiz olur. Məqsədimiz rəqəmsal savadlılığın səviyyəsini və Azərbaycanın iqtisadiyyatının hər bir sektorunda rəqəmsal bacarıqların səviyyəsini artırmaqdan ibarətdir", - deyə o qeyd edib.

Xatırladaq ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs kimi yaradılıb.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ölkədə rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkili, yerli innovasiya mühitinin formalaşması, ekosistemin möhkəmlənməsinə xidmət edir. Agentliyin prioritet istiqamətlərini nüvə elmi və texnologiyaları sahəsində sınaq təcrübələrinin keçirilməsi, fiziki və hüquqi şəxslərin innovasiya yönümlü elmi tədqiqatlarda və innovasiya layihələrində (startaplarda) dəstəklənməsi, müasir texnologiya və texnoloji həllərin əldə edilməsində köməklik göstərilməsi, ölkədə İKT sahəsində maarifləndirici və karyera imkanlarının əlçatanlığının təmin edilməsi, rəqəmsal hökumət və rəqəmsal cəmiyyətin təşkil olunması təşkil edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti