“Xiaomi MIX Flip”: qatlanan smartfonlar dünyasında yeni dövr
“Xiaomi” şirkəti “Flip” seriyasına daxil olan “Xiaomi MIX Flip” smartfonlarının Azərbaycanda satışına start verir. Rahat qatlana bilən cihazın yaradılması üçün şirkətin çoxillik texnoloji təcrübəsindən istifadə edilib ki, bu da hətta digər flaqmanlarla müqayisədə performans, batareyanın ömrü və mobil rabitə baxımından ciddi irəliləyişlərə nail olmağa imkan verib.
Funksional xarici displey
Qatlanan cihazların xarici displeyləri inkişaf yolu keçərək böyüsə də, indiyədək onlarda tətbiqlərdən istifadə etmək o qədər də rahat deyildi. Xarici ekranla təkmilləşdirilmiş qarşılıqlı əlaqə sayəsində “Xiaomi MIX Flip” artıq cihazın açılmasını tələb etmədən əsl “kompakt telefon” kimi istifadə edilə bilər. Bundan əlavə, yeni məhsul hər dörd kənarı qatlanmış 4 düymlük “All Around Liquid” xarici displeyi ilə təchiz edilib ki, bu da istifadə zamanı xoş toxunuş hissini təmin edir.
Hər iki displey müasir standartlara cavab verir: 1,5K genişlənmə, 460 PPI, 120 Hz yeniləmə tezliyi, 3000 nit maksimum parlaqlıq, “Original Color Pro”, HDR dəstəyi və gözlərin qorunması.
“Xiaomi HyperOS” displeyin yeni formasına uyğunlaşdırılıb və ona müxtəlif jestləri oxumağa, bildirişləri və sürüşmələri rahat şəkildə idarə etməyə imkan verir. Bu, müasir flaqmanlar kimi cihazlarla qarşılıqlı əlaqəni sadə və intuitiv edir. Ekran avtomatik fırlanmanı dəstəkləyir, həm sol, həm də sağ əllər üçün uyğundur və rahat yazmaq üçün demək olar ki, daxili displey qədər geniş olan tam ekranlı klaviatura ilə təchiz olunub. “Xiaomi HyperOS”un çevik strukturu sayəsində 200-dən çox ən populyar tətbiq 3,5" ekvivalent sahədə və 16:9 genişlənmədə pozuntusuz və kəsintisiz əks olunur. Bölmələrin innovativ dizaynı vidcetlərə vaxtı, havanı, addımölçəni, musiqilərin idarə edilməsini və gündəlik istifadə zamanı ən son istifadə edilmiş tətbiqləri əks etdirməyə imkan verir. Taksi sifarişi, yeməklərin çatdırılması, təyyarə/qatar ilə səfərlər kimi ssenarilərdə vidcetlər məlumatları real zaman rejimində yeniləyərək avtomatik olaraq bildirişlərə keçid edir.
İstifadəçilər tez-tez qapalı vəziyyətdə olarkən qatlana bilən cihazlarda danışmağın narahat olduğundan şikayətlənirlər. Bu, bir neçə problemlə bağlıdır ki, “Xiaomi MIX Flip” smartfonları bu problemləri kompleks şəkildə həll edərək istənilən istifadə ssenarisində əla zəng keyfiyyətini təmin edir:
Siqnal: “Xiaomi MIX Flip” anteninin aparat arxitekturası, “Xiaomi Surge T1” siqnal gücləndirmə çipinin “ağıllı” tənzimləmə imkanları və kadrın tanınması alqoritmi ilə birlikdə zəif siqnallardan yayınmaqla optimal anteni seçir.
Audioçıxış: “Xiaomi MIX Flip” smartfonlarında ikiqat dipol sistemdən istifadə edilir. Bu sistemdə bir səs bloku həm daxili, həm də xarici displey üçün membranla təchiz olunub ki, bu da qulaqlıqlar vasitəsilə açıq və ya qapalı vəziyyətlərdə zəngləri dəstəkləməyə imkan verir. “Əks fazanın yatırılması” dipol akustika sisteminin xüsusiyyətlərindən istifadə edən sistem zəng edənin səsinin cihazdan kənara yayılmasının qarşısını alaraq zənglərin məxfiliyini təmin edir.
Şarnirin və üst çərçivənin yanında yerləşən və səs-küyün boğulması funksiyasına malik müstəqil mikrofon istənilən vəziyyətdə rabitə keyfiyyətini təmin edir.
Əsl flaqman xüsusiyyətləri işlək vəziyyətdə
“Xiaomi MIX Flip” smartfonları Snapdragon® 8 Gen 3 mobil platforması əsasında işləyir ki, bu da onu müasir flaqman çipsetinə malik azsaylı kompakt qatlanan cihazlardan birinə çevirir. Yüksək performansı təmin etmək üçün “Xiaomi” brendi “Xiaomi MIX Flip” üçün 3D soyutma sistemini işləyib hazırlayıb: unikal “nərdivan” dizaynına malik buxar kamerasının 3500 mm²-lik böyük sahəsi istiliyi tez bir zamanda prosessordan uzaqlaşdırmağa imkan verir. İstilik şarnirin üstündəki ikiqat qrafit vasitəsilə bərabər şəkildə paylanır və temperaturun artmasının qarşısını alır. “Xiaomi”nin SU7 “aerogel” istilik izolyasiya materialı displeyin daxili hissəsinin yaxınlığında “pilləkən” şəklində istifadə olunur. Bununla o, ekranın qızışmasının qarşısını effektiv şəkildə alır və komfortlu toxunuş təcrübəsini təmin edir.
“Xiaomi MIX Flip” mənfi elektrodda 6% silisium tərkibli “Surge” batareyası ilə təchiz olunub. O, 780Vts/l enerji sıxlığına və 4780mAs son dərəcə yüksək həcmə nail olmaqla, flaqman “Xiaomi 14” smartfonunu üstələyir. “Xiaomi Surge” batareya idarəetmə sistemi şarj və boşalma prosesini dəqiq idarə etməklə batareyanın ömrünü uzadır. Bu sistem, batareyanın özünübərpa xüsusiyyətləri ilə birlikdə 1600 dövrədən sonra ən azı 80% həcmi saxlaya bilir. Bunun sayəsində “Xiaomi MIX Flip” smartfonunun avtonom iş vaxtı qatlanmayan modellərlə müqayisə edilə bilər.
“Xiaomi MIX Flip” smartfonu “Xiaomi 14 Ultra” modeli ilə eyni aşağı tezlikli anten konstruksiyasına malikdir və “Xiaomi Surge T1” siqnal gücləndirmə çipi ilə təchiz edilib. Üstün anten arxitekturası, qabaqcıl “Wi-Fi 7” və 5G-A texnologiyalarının dəstəklənməsi, habelə “Xiaomi HyperOS” şəbəkəsinin dərin konfiqurasiyası və özünütəlim imkanları istənilən vəziyyətdə və istənilən ssenaridə fasiləsiz rabitəni təmin edir. “Xiaomi MIX Flip” həmçinin daxili və xarici displeylərdə eyni vaxtda avtonom süni intellekt tərcüməsini göstərmək funksiyasını təklif edir ki, bu da smartfonun hər iki tərəfində real zaman rejimində ikidilli tərcümə göstərməklə xarici zənglər zamanı ünsiyyəti asanlaşdırır.
Möhkəmliyi və əlavə qorunmanı təmin etmək üçün “Xiaomi MIX Flip” smartfonunun korpusunda kompozit lif materialından istifadə edilir. Orta çərçivədə möhkəmliyi ikiqat artıran 6M42 alüminium ərintisindən istifadə olunur, “Xiaomi Shield Glass” və son dərəcə nazik elastik UTG şüşəsi isə xarici və daxili displeyləri qoruyur. Kompakt ikihalqalı şarnirin daxili mexanizmində son dərəcə möhkəm və aşınmaya davamlı materiallardan istifadə olunur. SGS qatlamanın etibarlılıq sertifikatı mexanizmin xidmət müddətinin 500000 dəfə qatlanma və açılma əməliyyatı olduğunu təsdiq edir.
Mobil çəkilişin yeni ssenariləri
“Xiaomi MIX Flip” yeni nəsil “Xiaomi x Leica” “Summilux”
obyektivləri ilə təchiz edilib. Əsas kamerada yüksək dinamik
diapazonlu “Light Fusion 800” sensorundan istifadə edilir. O,
həmçinin 9 sm minimum fokus məsafəsinə və 47 mm-lik ölçüyə malik
unikal “Leica” üzən teleobyektivə malikdir. “Xiaomi MIX Flip”
smartfonuna 60 TOPS hesablama gücünə malik qabaqcıl çəkiliş
ssenarilərini dəstəkləyən “Xiaomi AISP” hesablama fotoqrafiya
platforması daxildir. “PortraitLM”in böyük modelinə əsaslanan və
real fotoqraflar tərəfindən idarə olunan yeni “Portret Master”
rejimi orijinallığı qoruyaraq portretləri olduğundan daha gözəl
göstərməyə imkan verir.
Kompakt korpus, böyük xarici displey və qatlanan forma yaradıcılıq üçün yeni imkanlar açır. Məsələn, uçan kamera rejimində ştativə ehtiyac yoxdur ki, bu isə onu qrup fotoşəkilləri, videoçəkilişi və “timelapse” çəkilişləri üçün uyğun varianta çevirir. Bundan əlavə, cihaz çəkiliş zamanı xarici displeydə ilkin baxış funksiyasını dəstəkləyir ki, bu da çəkiliş pozasını və üz ifadəsini tənzimləməyə imkan verir.
“Kontakt” / “Baku Electronics” / “İrşad” / “Music Gallery” / “Soliton” / “World Telekom” / “Umico”da satışa çıxarılan “Xiaomi MIX Flip” smartfonu iki rəngdə (bənövşəyi və qara), 12+512 GB komplektində 2399,99 AZN-ə təklif olunur.
“Xiaomi” laboratoriyalarından əldə edilən məlumatlar. Faktiki nəticələr fərqli ola bilər.