...

Azərbaycanda süni intellektin inkişafı strategiyasının layihəsi hazırlanıb - Rəşad Nəbiyev

Telekommunikasiya Materials 10 Oktyabr 2024 10:31 (UTC +04:00)
Azərbaycanda süni intellektin inkişafı strategiyasının layihəsi hazırlanıb - Rəşad Nəbiyev
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda süni intellektin inkişafı strategiyasının layihəsi hazırlanıb.

Trend xəbər verir ki, bunu Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev "PAŞA Holdinq"in dördüncü dəfə təşkil etdiyi “INMerge İnnovasiya Sammiti”ndə çıxışı zamanı deyib.

"2024-cü ildə investisiyaların hər üçüncü dolları süni intellektlə işləyən startaplara gedəcək. Biz Azərbaycanda da bu sahədə lider mövqelər tutmağa çalışırıq və artıq ölkə üçün süni intellektin inkişafı üçün iddialı strategiya layihəsi hazırlamışıq", - deyə o bildirib.

Nazir qeyd edib ki, yaxın 3 il ərzində ölkənin aparıcı universitetlərindən birində tamamilə süni intellektə əsaslanan ən azı bir innovasiya mərkəzinin yaradılması planlaşdırılır.

O həmçinin vurğulayıb ki, Azərbaycan dayanıqlı inkişaf prinsiplərinin gündəlik texnoloji və innovasiya gündəliyinə inteqrasiyasına xüsusi diqqət yetirir.

Qeyd edək ki, "PAŞA Holding"in təşkilatçılığı ilə həyata keçirilən bu sammitin məqsədi ölkədə innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır.

Xəbər lenti

Xəbər lenti