...

İYULUN 4-DƏ YENİ ELEKTRON ATS İSTİSMARA VERİLƏCƏK

Telekommunikasiya Materials 4 İyul 2005 18:03 (UTC +04:00)

Bu gyn Azərbaycanda yeni elektron telefon stansiyaları istisamara veriləcək.AR rabitə və informasiya texnologiyaları nazirliyinin informasiya mərkəzinin rəisi Müşfiq Əmirov Trend agentliyinə bildirib ki, iyulun 4-də müasir tələblərə cavab verən bir neçə yeni elektron ATS -nin açılışı olacaq.

Salyan rayonunun Şorsulu kəndində açılacaq 128 nömrə tutumlu yeni ATS beynəlxalq Trans-Avropa-Asiya fibro-optik kabel magistralına qoşulacaq ki, bunun da nəticəsində əhaliyə göstərilən rabitə xidmətinin keyfiyyəti əhəmiyyətli dərəcədə artırılacaq.

İmişli rayonunun Soltanmuradlı kəndində və Ağsu rayonunun Padarqışlaq kəndində də hər biri 128 nömrə tutumlu yeni elektron ATS quraşdırılacaq. Soltanmuradlı EATS -i İmişli rayonunun mərkəzi ATS telekommunikasiya qovşağına qoşulub.

Rabitə nazirliyinin nümayəndəsi bildirib ki, həftə ərzində anoloji tədbirlər həyata keçiriləcək. Xüsusilə ölkənin digər regionlarında yeni stansiyaların istismara verilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti