...

BAKI TELEFON RABİTƏSİ NGN TEXNOLOGİYASININ TƏTBİQİ ÜZRƏ İŞLƏR APARIR

Telekommunikasiya Materials 17 Avqust 2005 17:14 (UTC +04:00)

Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) NGN (Next Generation Network) texnologiyasının tətbiqi üzrə işlər aparır. İB-də Trend ə bildirildiyi kimi, həftənin sonuna kimi İB-yə veriləcək bu texnologiya üzrə avadanlıq alınıb. Avadanlıq bir ay ərzində quraşdırılacaq.

İB-də həmçinin o da qeyd olunub ki, yeni texnologiya /464 telefon stansiyası bazasında tətbiq olunacaq və bu, göstərilən rabitə xidmətlərinin keyfiyyətinin yaxşılaşmasına müsbət təsir edəcək.

"Hazırda NGN texnologiyasının xidmətlərinə dəqiq tariflər müəyyən edilməyib və bu istiqamət üzrə müvafiq tədbirlər həyata keçirilir", - deyə İB-də bildirilib.

NGN texnologiyasının cari ilin sentyabrın 15-nə qədər istismara veriləcəyi planlaşdırılır.

Layihənin icraçısı Çinin Huawey Tech investment şirkətidir. Bu şirkətlə bir ay əvvəl müvafiq saziş imzalanıb.

NGN (gələcək nəslin şəbəkəsi) nitqin, təsvirlərin və məlumatların verilməsi üçün nəzərdə tutulmuş çox məqsədli universal şəbəkədir. NGN şəbəkəsi xidmətin telekommunikasiya trafikinin müxtəlif növləri üçün vacib olan yüksək keyfiyyətini təmin edir.

Xəbər lenti

Xəbər lenti