...

Aztelekom Astarada rabitənin yenidən qurulması üzrə tender elan edib

Telekommunikasiya Materials 6 Yanvar 2006 14:06 (UTC +04:00)

Aztelekom İstehsalat Birliyi 2 lot - Astara ATS və Ərçivan və Maşhanda kənd telefon şəbəkəsinin yenidən qurulması üzrə tender elan edib. Bu barədə Trend ə müəssisədən məlumat verilib.

Tenderdə maraqlı olan şirkətlər fevralın 13-nə kimi öz təkliflərini Astara Telekommuniksiya Qovşağına təqdim etməlidir. Tender proseduru isə fevralın 14-də Astara TKQ-nin binasında keçiriləcək.

Ötən il İB tərəfindən Naftalan və Goranboy, Masallı, Xaçmaz, Ağcabədi və digər rayonlarda rabitənin yenidən qurulması üzrə tender elan edilmişdi.

Regionlarda rabitənin yenidən qurulması ilə bağlı tədbirlər 2004-2008-ci illərdə regionların iqtisadi inkişafı, eləcə də ölkədə 2005-2008-ci illərdə informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə dövlət proqamına uyğun olaraq həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti