...

Naxçıvan MR-də 180,4 min manat həcmində rabitə xidməti göstərilib

Telekommunikasiya Materials 28 Fevral 2006 18:21 (UTC +04:00)

Yanvarda Naxçıvan Muxtar Respublikasında (NMR) rabitə sahəsində müəssisə, təşkilat və əhaliyə 180,4 min manat həcmində xidmət göstərilib ki, bu da 2005-ci ilin yanvarı ilə müqayisədə 17,7% çoxdur. Bu barədə Trend ə NMR-in Bakıdakı daimi nümayəndəliyində bildirilib.

NMR-də 2 rabitə evi tikilib və Şahbuz, Babək və Ordubad rayonları ərazisində 6 analoji obyekt əsaslı təmirdən sonra istismara verilib. Yanvarda NMR-də 3 mindən çox telefon nömrəsi istismara verilib.

2005-ci ildə əhaliyə göstərilən xidmətlərin artımı 2004-cü ilin müvafiq dövrü ilə müqayisədə 111,1% artıb. Rabitə sahəsində 21yeni iş yeri açılıb.

Azərbaycan Milli Bankının məlumatına görə, 28.02.06 tarixində dolların manata rəsmi məzənnəsi 0,9130 AZN. təşkil edib.

Xəbər lenti

Xəbər lenti