...

Azərbaycan "Caspian Telecoms – 2006" beynəlxalq konfransında iştirak edəcək

Telekommunikasiya Materials 8 Aprel 2006 13:01 (UTC +04:00)

Trend-i buradan izləyin

Azərbaycanın nümayəndə heyəti Türkiyə, MDB, Xəzər və Qara dəniz regionu ölkələri üçün keçirilən "Caspian Telecoms - 2006" 5-ci yubiley konfransının 4-cü sərgisində iştirak edəcək. Azərbaycanın Rabitə və İnformasiya texnologiyaları Nazirliyinin mətbuat xidmətindən Trend ə verilən məlumata görə, aprelin 11-13-də İstanbulda keçiriləcək tədbirdə nazirliyin strateji planlaşdırma və elmi potensial şöbəsinin müdiri İlham Mərdanov, Aztelekom İstehsalat Birliyinin baş direktoru Məhəmməd Məmmədov, beynəlxalq əlaqələr və QHT ilə iş şöbəsinin baş məsləhətçisi Cabbar Musayev, beynəlxalq əlaqələr və hesablamalar Mərkəzinin baş direktoru Cəlil Cəfərov iştirak edəcək.

"Caspian Telecoms -2006" -da Türkiyə, Rusiya, Qazaxıstan, İran, Rumıniya, Yunanıstan, Özbəkistan, Tacikistan, Ukrayna, Gürcüstan və digər ölkələrin nümayəndə heyətlərinin iştirakı gözlənilir. Bundan əlavə, Dünya Bankının, ITU, EU, EBRD, UNDP, OPIC kimi beynəlxalq təşkilatların nümayəndələrinin də iştirakı planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti