Azərbaycan Yunanıstanda aprelin 8-də başa çatan Intel korporasiyasının illik sammitində (Intel Solutions Summit) iştirak edib. Tədbirdə Azərbaycan tərəfdən yerli IT şirkəti olan ULTRA iştirak edib. ULTRA şirkətinin rəhbəri Tahir Mirkişilinin Trend ə verdiyi məlumata görə, sammitdə şirkət iştirakçılara ölkənin İKT bazarında geniş yayılan məhsullar və yeni texnlogiyalar təqdim edilib.
Onun sözlərinə görə, bu IT tədbirləri arasında ən iri tədbirdir. Burada bir sıra ölkələrin informasiya texnologiyaları sahəsində ixtisaslaşmış 200-dən artın ən iri şirkət iştirak edib.
Qeyd edək ki, martda Intel Premier Provider statusuna malik olan ULTRA şirkəti Azərbaycanda Sigma əməkdaşlığının yeni konsepsiyasını təqdim edib. Sigma konsepsiyası Intel və Ultra əməkdaşlığının birgə proqramıdır. Proqramın baza elementi Azərbaycanın ali təhsil müəssisələrində UCP (University Compass Program) keçirilməsidir. O, təhsil sahəsində ən yeni informasiya texnologiyalarına yönəlib. 2005-ci ildə Ultra Intel-lə birgə Azərbaycanın beş ali təhsil məktəbində "Intel kompüter bilikləri günü" keçirib. Bu gün Azərbaycanda 250 minə yaxın tələbə Intel-in kompüter informasiyaları sahəsində ən yeni işlərlə tanış olmaq imkanına malikdir.