...

Azərbaycanın poçt şöbələri vasitəsilə mikrokredit alınması mümkün olacaq

Telekommunikasiya Materials 14 İyun 2006 16:26 (UTC +04:00)

2008-ci ildən başlayaraq Azərbaycanda poçt şöbələri vasitəsilə mikrokreditlər veriləcək. Trend in xəbər verdiyi kimi, bu barədə iyunun 14-də rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat verib.

Onun sözlərinə görə, hazırda Dünya Bankı ilə birgə gerçəkləşdirilən və ölkənin poçt şəbəkəsinin müasirləşdirilməsinin əsas tərkib hissəsi olduğu "Maliyyə xidmətlərinin inkişafı" layihəsi çərçivəsində poçt şöbələri müxtəlif ödənişlər üzrə xidmətlər həyata keçirəcək. Həmçinin, depozitlərin qəbulu və növbəti mərhələdə müxtəlif mikrokreditlərin verilməsi prosesi də gerçəkləşdiriləcək.

Azerpocht DM lisenziya alacaq və beynəlxalq ödəmə sisteminə qoşulacaq.

"Biz bu məsələ üzərində belə əməliyyatların gerçəkləşdirilməsinə icazə verməyə hazır olan AMB ilə işləyirik".

Əlavə serverlər Bakı və Sumqayıtın mərkəzi poçt şöbələrində, daha sonra isə regionlarda quraşdırılacaq. Poçt şöbələrində POS terminalları və bankomatlar quraşdırılacaq. Layihənin gerçəkləşdirilməsi nəticəsində 1000 yeni iş yerinin açılması planlaşdırılır.

Layihə 2005-2008-ci illərdə Azərbaycanda rabitə və telekommunikasiya sisteminin inkişafı üzrə dövlət proqramı çərçivəsində gerçəkləşdirilir.

3 illik layihənin dəyəri $17,5 mln təşkil edir. Bunun $12,25 milyonu DB, yerdə qalan hissə isə Azərbaycan hökumətinin payına düşür.

Xəbər lenti

Xəbər lenti