...

Rabitə Nazirliyi "Azərpoçt"un baş ofisini avtomatlaşdıracaq

Telekommunikasiya Materials 17 İyul 2006 18:21 (UTC +04:00)

Rabitə və İnformsiya Texnologiyaları Nazirliyi Dünya Bankı ilə birgə həyata keçirilən "Maliyyə Xidmətlərinin İnkiaşfı" layihəsi çərçivəsində "Azərpoçt"un baş ofisinin avtomatlaşdırılmasını həyata keçirir. Bu barədə Trend ə müəssisədən xəbər veriblər.

Bir sıra tikinti işlərinin başa çatdırılmasından sonra tender yolu ilə avadanlıq alınacaq.

"Baş ofisin avtomatlaşdırılması bir neçə ay ərzində, regionlar üzrə prosedur isə bundan sonra başa çatdırılacaq" - deyə müəssisədən bildiriblər.

Layihənin əsas hissəsi Azərbaycanın poçt sisteminin müasirləşdirilməsidir ki, bundan sonra "Azərpoçt" status alacaq və maliyyə və bank xidmətləri üçün milli ödəmə sisteminə daxil ediləcək.

Ehtimallara görə, müəssisə artıq 2007-ci ildən maliyyə və bank xidmətləri göstərməyə başlayacaq.

Layihə 2005-2008-ci illərdə Azərbaycanda rabitə və telekommunikasiya sahəsinin inkişafı üzrə dövlət proqramı çərçivəsində gerçəkləşdirilir. 3 illik layihənin ümumi dəyəri $17,5 mln. təşkil edir. $12,25 mln. BP, qalan hissə isə Azərbaycan hökumətinin payına düşür.

Xəbər lenti

Xəbər lenti