"Azərcell Telekom" BM Amerikanın "T-Mobile (Ioicestream)" şirkətinin 11 operatoru ilə (USA, USA 16, USA W0, USA W1, USA W2, USA W3, USA W4, USA W5, USA W6, USA 27, USA 31GPRS/MMS) rouminq sazişi imzalayıb. Bu barədə Trend xəbər verir.
Bundan başqa, "Azərcell Telekom" İslandiyanın "Siminn İceland Telecom Ltd/ Ocenacell" operatoru ilə Dəniz suları beynəlxalq rouminq müqaviləsi bağlayıb.
ABŞ-ın Azərbaycanın strateji müttəfiqi olduğunu nəzərə alsaq, onunla GPRS/MMS rouminq müqaviləsinin imzalanmasını olduqca əhəmiyyətli hesab etmək olar. "Azercell Telekom" BM artıq dünyanın 28 ölkəsinin 54 operatoru ilə GPRS/MMS rouminq müqaviləsi imzalayıb.
"Geoling" firması tərəfindən yaradılan və 2000-ci ildən istifadəyə verilən Dəniz suları rouminq xidməti beynəlxalq patentə malikdir. İndiyə qədər bütün dünya üzrə 320 ölkə ilə Dəniz suları rouminq müqaviləsi imzalanıb. Bu xidmətdən istifadə edən hər bir abonent quruda olduğu kimi dənizdə də heç bir əlavə avadanlıq olmadan mobil rabitədən yararlana bilir. Bu günə qədər "Azercell Telekom" BM 128 ölkənin mobil rabitə operatorları ilə 282 rouminq sazişi bağlayıb.