...

"CBOSS" Azərbaycanın "AZERFON" mobil operatorunu İnformasiya Texnologiyalarının həlli üsulları ilə təmin edəcək

Telekommunikasiya Materials 13 Sentyabr 2006 20:42 (UTC +04:00)

"AZERFON" MMC Rusiyanın CBOSS Korporasiyasi ilə birgə "AZERFON" şəbəkəsini müasir xidmətlərlə təmin edən şəbəkə avadanlıqlarının çatdırılması barədə müqavilə imzalayıb. Bu barədə Trend "AZERFON"un məlumatına istinadən xəbər verir.

"AZERFON" MMC və CBOSS bir neçə aydır ki, inteqrasiya məsələrinin həlli ilə bağlı birgə əməkdaşlıq edirlər.

"CBOSS" şirkəti "AZERFON" şəbəkəsinin əməliyyat tələblərini yerinə yetirən, Fakturalama və Müştəri Xidmətləri, Əlavə Xidmətlər, Müştərilərin İdarə olunması və Qısa Mesaj Xidməti mərkəzləri daxil olmaqla, İnformasiya Texnologiyalarının həlli üsulları ilə təmin edəcək. Digər məlumatların idarə olunması sistemi də bu siyahıya daxildir", -deyə "AZERFON"nun məlumatında deyilir.

Sənəddə qeyd edilir ki, CBOSS şirkətinin partnyor kimi seçilməsi birgə uzunmüddətli əməkdaşlığa və müştərilərin tələblərinə cavab verən xidmətlərin inkişaf etdirilməsinə imkan yaradacaq.

CBOSS bu sahədə böyük təcrübəyə malikdir və 33 ölkədə 140 müştərini müxtəlif növ informasiya sistemləri ilə təmin edir.

"Biz inanırıq ki, CBOSS şirkətinin xidmətlərindən istifadə etməklə AZERFON Azərbaycanın mobil istifadəçilərinin tələblərinə uyğun gələn müasir xidmətlərə cavab verəcək" - AZERFON MMC şirkətinin Baş Direktoru cənab Con Armli qeyd edib.

AZERFON MMC şirkətinə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 28 dekabr 2005-ci il tarixində verdiyi qərara əsasən, Azərbaycan Respublikası ərazisində 900/1800 Mhz tezliklərində GSM xidmətlərinin göstərilməsi üçün lisenziya verilib.

CBOSS Rusiyanın ən böyük proqram təminatçısı və telekommunikasiya bazarında beynəlxalq informasiya texnologiyaları üzrə aparıcı şirkətlərdən biri olan, baş ofisi Moskva şəhərində yerləşən transmilli korporasiyadır. Şirkətin işgüzar fəaliyyəti proqram təminatının inkişafı, ümumi kompüter hissələrinin və programlarının təminatı, son istifadəçinin təlimləri, məsləhətlər, realizasiya və təminat xidmətlərindən ibarətdir.

Xəbər lenti

Xəbər lenti