...

Beyləqanda elektron ATS-lərin quraşdırılması üzrə tender elan olunub

Telekommunikasiya Materials 13 Oktyabr 2006 15:46 (UTC +04:00)

Aztelekom İstehsalat Birliyinin Beyləqan Telekommunikasiya Qovşağı (TKQ) elektron ATS-lərin quraşdırılması üzrə tender elan edib. Trend in xəbər verdiyi kimi, tender Mil kəndində 160 nömrə tutumlu və Eyvazallar kəndində 200 nömrə tutumlu elektron ATS-lərin quraşdırılması məqsədi ilə elan edilib.

Tenderdə iştirak etmək istəyənlərin təklifləri oktyabrın 25-dək TKQ-da qəbul olunacaq.

Bir qədər əvvəl rekonsturksiya, elektronlaşdırma və yeni ATS-lərin quraşdırılması üzrə tenderlər İsmayıllı TKQ, İmişli TKQ, Abşeron TKQ, Astara TKQ, Bərdə TKQ və başqa TKQ-lar tərəfindən elan olunub.

Xəbər lenti

Xəbər lenti