...

Azərcell rabitə keyfiyyətini artırmaq üçün stansiyaların sayını artırır

Telekommunikasiya Materials 1 Noyabr 2006 18:01 (UTC +04:00)

Azərcell Telekom BM Azərbaycanda əhatə dairəsini daha da genişləndirmək və keyfiyyətli telekommunikasiya xidmətləri göstərmək üçün işlərini davam etdirir. Trend şirkətə istinadən xəbər verir ki, BM oktyabr ayında Bakıda və respublikanın müxtəlif bölgələrində daha 23 yeni stansiya quraşdırıb. Onlardan 14-ü Bakıda, 2-si Sumqayıtda, qalan 7-si Qax, Zərdab, Naxçıvan, Oğuz, Lerik, Şəki və Ağcabədi rayonlarının ərazisində yerləşir.

2006-cı ilin yalnız 10 ayı ərzində respublika üzrə ümumilikdə 269 stansiya quraşdırılıb. Bu, Azercell Telekom BM-in bölgələrdə yaşayan abunəçilərinə yalnız paytaxtla deyil, dünyanın istənilən nöqtəsi ilə fasiləsiz və dayanıqlı rabitə əlaqəsi yaratmasına imkan verir. Ölkəmizin mobil operatoru ilin sonuna kimi ümumilikdə 289 stansiyanın quraşdırılmasını planlaşdırır. Bütövlükdə isə operator rabitə xidmətini təmin etmək üçün 2 rezervləşdirilmiş abonent bazası, 11 baza stansiyalarına nəzarət sistemi, 13 mobil rabitə kommutasiya mərkəzi və 1000-dən çox baza radiostansiyasına malikdir.

Xəbər lenti

Xəbər lenti